Nazirlik rəsmisi: “Piratlarla döyüşürük!..”

Nazirlik rəsmisi: “Piratlarla döyüşürük!..”
4 iyul 2011
# 15:19
Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi Filmlərin qeydə alınması və təbliği Sektorunun müdiri Yusif Şeyxovla həmsöhbətik.


- Mədəniyyət və Turizm Nazirliyi yaranandan bəri neçə film çəkilib?

- Nazirlik son beş ildə yaranıb və bu dövrdə 23 film çəkilib. Ondan əvvəlki beşillikdə 10 film çəkilmişdi, ondan da əvvəl 8 film. Deməli, film çəkilişi artan templə gedir. 23 filmin 19-u qısametrajlıdır və onları gənc rejissorlar çəkib. “Bu meydan, bu ekran” müsabiqəsi çərçivəsində, yaxud “Debüt” kimi. Onların araşında uğurlu filmlər də var, yəni onları çəkən rejissorlara artıq böyük filmlər etibar olunub. Cavanlar ilk böyük filmlərini çəkmək hüququ qazanıblar. Filmlərimiz xarici festivallarda indi daha çox iştirak edir. Bu diqqətin nəticədirsə, iştirak edib mükafatlar alması isə artıq onların keyfiyyətindən xəbər verir.

- Kino kadrlarının yetişdirilməsi ilə bağlı problemlər vardı, Sovet İttifaqı dağıldıqdan sonra Moskvadakı Kinematoqrafiya İnstitutunda da Azərbaycandan təhsil alan yox idi?

- İndi Fariz Əhmədov adlı bir nəfər təhsil alır və dövlət onun təhsil haqqını ödəyir. Aleksandr Proşkinin sevimli tələbəsidir. Artıq çəkdiyi film festivalda mükafat qazanıb.

- Bunlar hamısı çox yaxşı, filmlər çəkilir, xarici ölkələrdə mükafatlar qazanırlar, amma Azərbaycan tamaşaçısı yenə çəkilən filmlərdən bixəbərdir...

- “Bixəbərdir” ifadəsi ilə razılaşmaq çətindir. Düzdür, kinoteatrlar yoxdur, “Azərbaycan” kinoteatrının isə kommersiya maraqları var. Azərbaycan filmlərinin premyeraları Heydər Əliyev adına Sarayda olur. Azərbaycanda nə qədər telekanal varsa, hamısında film çəkiləndən 2 il sonra nümayiş olunur, yeni film təbii ki, istisna olunur.

- Yaxşı, keçək kinoprokat probleminə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də deyib ki, prokat problemimiz var...

- İndi “Nizami” kinoteatrı əsaslı təmir olunur, o, dövlətin əlində olacaq, filmlərin nümayişini də orda təşkil edəcəyik. Bölgələrdə kino həftələri keçiririk, filmlərin yayımında irəliləyiş var. “Nizami” kinoteatrı təmirdən çıxandan sonra bu irəliləyiş özünü daha çox biruzə verəcək.

- Rayonlarda klublar varmı?

- Var, video avadanlıqlar da o cümlədən. Filmlər disk şəklində də satılır, bu da yayım formasıdır.

- Bəs, piratlarla necə mübarizə aparırsınız?

- Mədəniyyət və Turizm Nazirliyi yaranandan sonra Filmlərin dövlət reyestri Sektoru yaradıldı. 5 il ərzində 10 mindən artıq film qeydə alınıb. O sahədə də iş gedir, tam olmasa da, müəyyən qədər qarşısı alınıb. Müəllif Hüquqları Agentliyi də bizimlə birgə piratçılığa qarşı mübarizə aparır.


Ramilə Qurbanlı
# 1675 dəfə oxunub

Oxşar xəbərlər

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Dərin gölün vampirləri - Vüsal Bağırlının  hekayəsi

Dərin gölün vampirləri - Vüsal Bağırlının hekayəsi

10:00 30 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

Menqsin şah əsərlərindən biri - "Çobanların sitayişi" nəyi izah edir?

15:00 29 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər