Musa Yaqub, sən gedəli... - Roman Səfərov

Musa Yaqub, sən gedəli... - Roman Səfərov
30 oktyabr 2024
# 11:25

Kulis.az Roman Səfərovun Xalq şairi Musa Yaquba həsr etdiyi şeiri təqdim edir.

Böyük sənətkar, əvəzolunmaz şair Musa Yaqubun əziz xatrəsinə ithaf olunur

Musa Yaqub, sən gedəli, qəribsədi çiçəklər.
Göz yaşını tökdü bulud, əsdi soyuq küləklər.
Bulanıq su orda axıb hopdu qara torpağa
Burda üzə çıxammadı, dönəmmədi irmağa
O daş var a... Çevirdilər gahi sola, gah sağa
Yox olmuşdu pələnglərin biləyitək biləklər.
Döyünmürdü aslanların ürəyitək ürəklər.
Səndən sonra burda yaman soyuq keçir havalar
Quşlar bizə qonaq gəlmir, boş qalıb çöp yuvalar
Zənn etmə ki, yaralarım qaysaq tutar, sağalar,
Çıxdı boşa xəyalımda yaşatdığım diləklər
Üzdü məni saman altdan su yeridən kələklər.
İstəyirdin öyrətməsin yarın səni özünə
Nə əlini əllərinə, nə gözünü gözünə
Amma özün öyrətmisən hamını öz sözünə
Alıb səni qanadına, aparsa da mələklər,
Şeirlərin ruhumuzu naxışlayar, bəzəklər.

16. 06. 2021.

# 3382 dəfə oxunub

Oxşar xəbərlər

Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

17:30 14 aprel 2026
"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

15:00 13 aprel 2026
Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

14:20 13 aprel 2026
"Ərǝb yazılı quşlar uçurdular ömrümü..."  - Yeni imza

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

13:30 11 aprel 2026
"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

13:10 11 aprel 2026
Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

13:30 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər