"Durub haqq evinin astanasında..." - Alı Mustafayev

"Durub haqq evinin astanasında..." - Alı Mustafayev
14 avqust 2024
# 18:19

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində Əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin "Dəli bir ağlamaq keçir könlümdən" şeirini təqdim edir.

Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Fələk rəvac verdi namərd işinə.
Dəli bir ağlamaq keçir könlümdən.

Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər Xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.

Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.

Dünyanın sükutu bu daş qəfəsdə,
Köksümdə qövr edib hıçqıran səsdə.
Toy libası geymiş bu qəbrin üstə,
Dəli bir ağlamaq keçir könlümdən.

Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.

Bu qəlbim ovunmaz sınıq saz kimi,
Dərd də gülə-gülə gəldi, yaz kimi,
Allaha, Tanrıya etiraz kimi
Dəli bir ağlamaq keçir könlümdən.

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

"Danışıram ulduzlara, bir səs vermirlər..." - Yapon şairdən haykular

12:30 19 sentyabr 2026
"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

"Özüm üçün yaşamaq alnıma yazılmayıb..." - Gülxani Pənahın şeirləri

11:30 19 sentyabr 2026
"Tanrı sığalıdır sənin həyatın..." - Şeirlər

"Tanrı sığalıdır sənin həyatın..." - Şeirlər

15:37 18 sentyabr 2026
"Çox həsəd aparmışam güllə altında yatanlara..." - Qulu Ağsəsin şeiri

"Çox həsəd aparmışam güllə altında yatanlara..." - Qulu Ağsəsin şeiri

12:20 18 sentyabr 2026
"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." -  İsveçli şairin məşhur şeiri

"Vəhşi bir həsrətin içinə doğulduq solğun analardan..." - İsveçli şairin məşhur şeiri

10:40 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər