"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan sitatlar

"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan  sitatlar
5 iyul 2026
# 10:00

Bu gün tanınmış fransız yazıçı, dramaturq, şair, rəssam, kinorejissor Jan Koktonun doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Mən hər zaman doğrunu söyləyən bir yalançyam.

***

Bir şair üçün ən böyük faciə başa düşülmədiyi halda ona heyranlıq duyulmasıdır.

***

Yazsam, narahatlıq yaradıram. Film çəksəm, narahatlıq yaradıram. Rəsm çəksəm, narahatlıq yaradıram. Rəsmimi nümayiş etdirsəm də narahatlıq yaradıram, etdirməsəm də! Narahat etmək məndə yüksək dərəcədə inkişaf etmiş bir bacarıqdır.

***

Böyük adamların heykəlləri, hələ sağ ikən onlara atılan daşlardan ucaldılır.

***

Əsl realizm — vərdişlərin pərdələdiyi və görməyimizə mane olduğu heyranedici gerçəklikləri üzə çıxarmaqdan ibarətdir.

***

Sirrin də öz sirləri var; Tanrılar var, Tanrılardan da uca. Bizdə hər şey necədirsə, onlarda da elədir. Bax, budur sonsuzluq.

***

Doğulduğum gün başladı ölümümün gərdişi. Addımlayır mənə tərəf, asta-asta.

***

Bir yazıçının ölümündən sonra onun gündəliyini oxumaq, uzun bir məktub almağa bənzəyir.

***

Film, yalnız materialları qələm və kağız qədər ucuz başa gəldiyi zaman bir sənət növünə çevriləcək.

***

Bəxtə inanmağa məcburuq. Əks halda, sevmədiyimiz insanların uğurlarını necə izah edə bilərik ki?

***

Tarix nədir ki axı? Tarix - zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir; əfsanələr isə zamanla tarixə çevrilən yalanlar...

***

Şair heç vaxt təqdir olunmaq istəməz; onun tək istədiyi, ona inanılmasıdır.

***

Bir sənətkar öz sənəti haqqında, ancaq bir bitki botanika haqqında nə qədər danışa bilərsə, o qədər danışa bilər.

***

Yuxunun xüsusiyyətlərindən biri də odur ki, orada heç nə bizi təəccübləndirmir. Orada vərdişlərimizdən və dostlarımızdan qopuq halda, heç bir həsrət duymadan, yad insanlarla birgə yaşamağı normal qəbul edirik.

***

Sənət, çox vaxt zaman keçdikcə gözəlləşən çirkin şeylər yaradır. Dəb isə, əksinə, hər zaman vaxt keçdikcə çirkinləşən gözəl şeylər ortaya çıxarır.

***

Böyük bir şəhərdə insanların daha çoxunu görə bilərsən, amma kiçik bir şəhərdə daha çoxunu eşidə bilərsən.

***
Cəsarətli davranmaq, nə qədər irəli gedə biləcəyinizi bilməkdir.

***

Həyatda yalnız etmədiyin şeyə görə peşman olursan.

***

Mən incəsənətin hava kimi, su kimi zəruri olduğunu bilirəm, amma nə üçün belə olduğunu yox.

***
Misirin xəritəsində Misir cənazə daşıdır.

***
Ölümdən qorxmaq, məkanda məhdud olduğumuzdan qorxmaq kimidir.

# 146 dəfə oxunub

Oxşar xəbərlər

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
"Dünən susanlar, sabah da susacaqlar..."  - Nobel Sülh Mükafatçısı  Elie Vizeldən sitatlar

"Dünən susanlar, sabah da susacaqlar..." - Nobel Sülh Mükafatçısı Elie Vizeldən sitatlar

14:30 2 iyul 2026
"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

12:30 2 iyul 2026
"Sevməyin  hər şey olduğunu öyrəndim..."  - Herman Hesse

"Sevməyin hər şey olduğunu öyrəndim..." - Herman Hesse

11:30 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər