“Zəngəzur" mahnısı ictimaiyyətə təqdim olundu

“Zəngəzur"  mahnısı ictimaiyyətə təqdim olundu
12 sentyabr 2025
# 13:22

Sentyabrın 12-də Şəhriyar adına Mədəniyyət Mərkəzində “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri – “Zəngəzur" mahnısını ictimaiyyətə təqdim edib.

Kulis.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən mahnının ideya müəllifi, tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, “Zəngəzur mahnısı” sadəcə bir musiqi əsəri deyil, həm də mədəni və siyasi əhəmiyyət daşıyır. O vurğulayıb ki, klip Laçın, Zəngilan və Qubadlıda çəkilərək əzəli və əbədi torpaqlarımızın füsunkarlığını və gözəlliyini bir daha dinləyiciyə təqdim edir.

"Əminəm ki, “Zəngəzur" mahnısı bizi Zəngəzura aparan bir yol kimi qəbul olunacaq və musiqisevərlər tərəfindən sevilən, dillər əzbərinə çevrilən bir əsər olacaq", - deyə R.Qasımov diqqətə çatdırıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, agentlik bu kimi layihələrin ərsəyə gəlməsinə maliyyə dəstəyi göstərməyə, mədəniyyətimizin inkişafına və vətənpərvərlik ruhunun möhkəmlənməsinə töhfələr verməyə daim hazırdır.

"Hər birimiz bu vətənin çiçəklənməsi üçün öz missiyamızla, öz yerimizdə müəyyən fədakarlıqlar edirik. Lakin ən böyük fədakarlar heç şübhəsiz canını bu torpaqlar üçün fəda edənlərdir. Şəhidlərimiz bu günümüzü bizə bəxş edən, bu torpaqların bütövlüyünü təmin edən əsl qəhrəmanlardır", - deyə A.Əliyeva vurğulayıb.

Mahnının sözlərinin müəllifi Şahin Musaoğlu jurnalistlərə açıqlamasında qeyd edib ki, layihə ilə bağlı edilən təklifi böyük məmnuniyyətlə qəbul edib: "Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq”.

Musiqi əsəri üzərində peşəkar komanda çalışıb. “Zəngəzur" mahnısının sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir.

Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar – Xalq artistləri Mübariz Tağıyev, Tunzala Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Etibar Hüseynov və İlkin Əhmədov ifa ediblər. Bəstəkar ansamblını Fəqan Əhmədov ifa edib. Layihədə iştirak edən digər bacarıqlı sənətçilər Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

“Zəngəzur" mahnısı mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dildə musiqidə ifadəsidir.

Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb. Bir müddətdir ki, radiolarda səsləndirilən bu əsərin ekran həllini bu gündən etibarən televiziya kanallarında da görmək mümkün olacaq.

# 1053 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

"Titanik"in orijinal ssenarisi hərraca çıxarıldı - Ulduzların imzası olan nüsxə satıldı

16:33 15 iyun 2026
“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

14:49 15 iyun 2026
Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

Məşhur televiziya ulduzu 100 yaşında dünyasını dəyişdi

13:05 15 iyun 2026
32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

32 yaşlı müğənni faciəvi şəkildə vəfat etdi

11:40 15 iyun 2026
Azərbaycanda Milli Qurtuluş Günü  qeyd olunur

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

10:03 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər