Cəlil Cavanşir Şəhriyara cavab verdi: "Yanında deyiləm!"

Cəlil Cavanşir Şəhriyara cavab verdi: "Yanında deyiləm!"
25 mart 2019
# 17:52

Şair Şəhriyar Del Geraninin debat çağırışını oxudum. Bəri başdan deyim ki, cəmiyyət, mətbuat bu çağırışa adekvat deyil. Şəhriyar reallığa nabələd ziyalı deyil, cəmiyyətin, "ziyalıların" ədəbiyyata, mədəniyyətə, sənətə hansı ladlarda yanaşdığını, hansı meyarlarla yaşadıqlarını qayət yaxşı anlamaqdadır.

Ola bilsin, qürbətin nəfəskəsən, cansıxıcı xoşbəxtliyi onu yorduğu üçün darıxır, boğulur və uzaq düşdüyü mühitin sükunətini pozmaq istəyir. Mənə qalsa, Şəhriyar gözəlim vətənin kəsafətli havasından uzaq olmağından istifadə edib yaxşıca dincəlsin, çünki buralara qayıdandan sonra reallıqlarla toqquşanda yenidən canı çox yanacaq.

Ola bilsin, müəyyən məsələlərdə mövqelərimiz üst-üstə düşmür, razılaşmırıq. Məsələn, Mirzə Cəlilə münasibətdə mən əsla onun yanında deyiləm. Bu barədə fikirlərimi ümumiləşdirib bir feysbuk statusunda yazmışam. Ortalıqda meydan sulayan quzğun xislətli oxuyub-yazanlar kimi Mirzə Cəlili toxunulmaz saymasam da, şairlə eyni mövqeni bölüşmürəm. Sadəcə şairin içindəki tufanları, fırtınaları ruhumun dərinliklərində çox yaxşı duymaqdayam. Şəhriyar ayıq adamdır, gözəl bilir ki, bu cəmiyyəti qıcıqlandırmaq lazımdır. Bu polemikalar vacib və lazımlıdır. Heyf ki, düşüncə sahibləri hazırkı şərtlərdə adekvat deyil. Mediadan isə danışmağa dəyməz. Ortada ciddi ədəbi platforma yox səviyyəsindədir. Uzaqbaşı Şəhriyarı danlamağa hazır bir neçə qəzəbli təəssübkeş var və onların da arqumentləri bəllidir. Ən yaxşı halda üzünə irişəcəklər: "Şair, sən özün nə yazmısan ki, Mirzə Cəlili müzakirə edirsən?"

Gərçi şairin bu gerçəkliyi də bildiyinin fərqindəyəm...

# 3743 dəfə oxunub

Oxşar xəbərlər

İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Yutub  ən böyük media şirkəti seçildi

Yutub ən böyük media şirkəti seçildi

16:30 13 mart 2026
Dünyanın ən varlı məşhurunun adı açıqlandı

Dünyanın ən varlı məşhurunun adı açıqlandı

16:00 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:22 13 mart 2026
Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

14:15 13 mart 2026
Murad Dadaşov xəstəxanalıq oldu

Murad Dadaşov xəstəxanalıq oldu

12:50 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər