Sinifdəki ata həsrətli uşaqlar - ŞEİR

Sinifdəki ata həsrətli uşaqlar - <span style="color:red;">ŞEİR
15 sentyabr 2017
# 13:08

Kulis.az Mehriban Nağıyevanın "Ata həsrətli uşaqlar" şeirini tədim edir.

Dərsimiz başladı,

Mövzumuz “Ailə” idi.

Duruxub çaşıb qaldım,

Ailə...

Axı sinifdə ailəsi yarım qalan uşaqlar vardı...

Və bir də onların kədərli gözləri

Keçə bilmədim o dərsi,

Keçə bilmədim...

Bildim ki, ailəsi dağılmış uşaqlar ailədən danışanda,

Hönkür-hönkür ağlayacağam.

Uşaqlar da kədərlənəcəklər

Necə ki, ötən il bu dərsi keçəndə çox ağlamışdım...

Yay təzəcə bitmişdi onda,

Mövzumuz “Yay təəssüratları” idi

Fuad qalxıb atasından bəhs etmişdi.

Demişdi ki, müəllimə, mən atamla dənizə getmişdim yayda

Atam məni çiyninə qaldırıb tez-tez suya atırdı.

Çox sevinmişdim

Fuadın anasın təbrik etmişdim barışdıqlarına görə

Yazıq ana da çaşqın-çaşqın mənə baxıb demişdi:

- Yox e müəllimə, barışmamışıq ki,

Fuad yalan deyir

Bu sadəcə Fuadın xəyallarıdı

Onunla dənizə heç getməmişik

Müəllimə, bilirsən?

Fuad bütün günü atası ilə xəyalən söhbət edir

Dünən televizorda quşlardan bəhs edən filmə baxırdı

Qəfil dönüb dedi:

- Ana, bax quşların da atası var, bəs mənim atam hanı?

Əslində elə xoşbəxt ailə idik ki,

İşləri yaxşı gedirdi,

Qəflətən varlandıq

Və dəyişdi Fuadın atası

Daha sizi sevmirəm, dedi

Qapını çırpıb getdi

O gedən gedib

Onda Fuad 3 aylıq idi

İndi 5 yaşı var...

Qrupda bir uşaq da var

Adı Nadir

Həmişə kədərli olur.

O gün deyir ki, müəllimə, atam bizə heç gəlmir

Amma hər gün hədiyyələr göndərir.

Anası ilə söhbət edəndə

Ona təskinlik verirəm mən də:

- Siz ayrılsaz da, sağ olsun ki, tez-tez hədiyyə göndərir Nadirə

- Yox e müəllimə, nə danışırsız?

Özüm alıram o hədiyyələri tez-tez

Deyirəm atan göndərib

Bir az təskinlik tapsın deyə...

Ləman adlı gözəl sarışın qızcığaz

Uşaqları başına yığıb ağlamsınaraq danışır:

- Uşaqlar mənim atam yoxdu ki

Amma görmüşəm sizin var

Məni hər gün bağçaya babam gətirir

Amma elə istəyirəm, elə istəyirəm

Atam gətirsin

Üzümü divara çevirib ağlayıram

Uşaqlar pıçıldaşır:

Müəllimə ağlayır

Qəfil dönürəm göz yaşlarımı silə-silə:

- Yox ağlamıram uşaqlar, ağlamıram

Qrip olmuşam, ağlamıram

Deyib göz yaşlarımı tələsə-tələsə silirəm...

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

Vyetnam müharibəsində iştirak edən tanınmış dublyajçı vəfat etdi

12:27 11 noyabr 2026
Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

Əfsanəvi musiqiçi milyarderlər sırasına daxil oldu

12:00 11 noyabr 2026
Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

Döşəmənin altından danışan qarışqayeyənlər çıxır - Haruki Murakamidən yeni roman

11:40 11 noyabr 2026
İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

İngiltərə Oksforddakı tarixi insan qalıqlarını Naqa xalqına qaytardı

11:20 11 noyabr 2026
1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib

11:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər