Məşhur xanəndənin xatirə gecəsi keçirilib

Məşhur xanəndənin xatirə gecəsi keçirilib
18 iyun 2019
# 09:45

Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin növbəti buraxılışı məşhur Şirvan xanəndəsi Mirzə Məhəmmədhəsənə həsr edilib.

İyunun 17-də keçirilən tədbirdə xanəndənin həyat və yaradıcılığından söhbət açılıb, tanınmış xanəndələrin ifaları təqdim edilib.

Tədbirdə tədqiqatçı alim Gülhüseyn Kazımlı bildirilib ki, Məhəmmədhəsən Azərbaycanın ən gözəl dilbər güşələrindən birində doğulub. O zaman nə şair idi, nə də xanəndə. Şamaxıda doğulan yüzlərlə uşaq kimi, onu da mədrəsəyə dini təhsil almağa göndərirlər. Hələ adının əvvəlində Mirzə olmayan gənc Məhəmmədhəsən azan oxumağı öyrənib. Onun Quranı belə gözəl avazla oxuması həyatında böyük dəyişiklikliyə gətirib. Həmin şəhərdə yaşayan messenant Mahmud ağa onu öz məclisinə dəvət edir. Bu andan Məhəmmədhəsənin həyatında dəyişiklik baş verir. Ona muğamın sirlərini öyrədirlər və adının əvvəlinə Mirzə sözünü əlavə edirlər. Bir müddətdən sonra Mirzə Məhəmmədhəsən çox gözəl bir xanəndə kimi yetişir və şöhrəti nəinki Şirvana, hətta Azərbaycanın digər bölgələrinə yayılır.

O qeyd edib ki, Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik edərək, hər yerdə Azərbaycan musiqisinin qızğın bir təbliğatçısı kimi çıxış edib. Bütün klassik xanəndələrimiz kimi muğamları ustalıqla ifa edərək, Zaqafqaziyanın bir çox yerlərində öz sənəti ilə tanınıb. Böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamlarına öz möhürünü vurub. Azərbaycanın məşhur xanəndəsi Seyid Şuşinski də xanəndə haqqında deyib: “Mən Mirzəni görəndə onun gözləri artıq tutulmuşdu. İlk dəfə Şamaxıda bir toyda tanış olduq. Mənim bu toyda oxuyacağımı bilib gəlmişdi. Dedi ağa bu toya gəlibsə mən də toyda iştirak edəcəm. Gəldi, çox gözəl oxudu, bu yaşımacan mən hələ belə gözəl oxuyan görməmişdim. Mən Mirzədən çox şeylər öyrənmişəm. Mirzəni gördüyüm xanəndələrin, musiqişünasların heç birinə bənzər tuta bilmərəm. O, ən birinci xanəndə və gözəl təbə malik şair idi. Seyid Əzim Şirvani böyük xanəndə ilə dostluq edirdi”.

Şamaxı torpağının yetirməsi olan məşhur xanəndə, həm də “Nalə” adlı şeirlər kitabının, “Sarıtorpaq şikəstəsi”nin və bir çox təsniflərin müəllifidir. Xanəndə 1917-ci ildə vəfat edib.

Qeyd edək ki, BMM muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır. “Unudulmayanlar” layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair tədbirlərin təşkil olunmasıdır.

# 3043 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər