Bu serial baxış sayına görə rekord vurub

Bu serial baxış sayına görə rekord vurub
10 iyul 2019
# 13:42

“Çox qəribə işlər” (Stranger Things) fantastik serialının üçüncü mövsümü “Netflix”də baxış sayına görə rekord vurub.

Striminq servisinin rəsmi “Twitter” səhifəsində verilən məlumata görə, iyulun 4-də şounun premyerası başlayan andan ona 40,7 milyon istifadəçi baxır.

“Netflix”in məlumatında deyilir: ”İyulun 4-də premyerası başlayan andan bu şouya 40,7 milyon akkaunt sahibi baxıb ki, bu da hər hansı filmin, yaxud serialın ilk dörd gündə topladığı baxış sayından çoxdur”.

Məlumatda bildirilir ki, 18,2 milyon istifadəçi filmin yeni mövsümünə axıra qədər baxıb.

Serialda hadisələr İndiana ştatının Hokins şəhərində cərəyan edir. 2016-cı ildə çıxmış birinci mövsümdə gənc qəhrəmanlar dostları Uillin (Noy Şnapp) müəmmalı şəkildə yoxa çıxmasını araşdırırlar. Sonra fövqəladə bacarıqları olan Onbir adlı qız (Milli Bobbi Braun) onların köməyinə gəlir. Filmin ikinci mövsümü bir il sonra çıxıb və birinci hissədəki hadisələrdən sonra personajların normal həyata qayıtmaq cəhdlərinə həsr olunub. /azertag.az/

# 3386 dəfə oxunub

Oxşar xəbərlər

“WUF13”-dən rəngarəng görüntülər

“WUF13”-dən rəngarəng görüntülər

18:49 18 may 2026
“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı oldu

“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı oldu

18:12 18 may 2026
Zorlamada ittiham olunan məşhur aktyordan açıqlama

Zorlamada ittiham olunan məşhur aktyordan açıqlama

16:47 18 may 2026
Keyt Blanşet: "Sıravi qadınların səsi niyə susdurulur?"

Keyt Blanşet: "Sıravi qadınların səsi niyə susdurulur?"

15:44 18 may 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

14:26 18 may 2026
Şakira haqqında məhkəmə qərarı

Şakira haqqında məhkəmə qərarı

13:33 18 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər