Rəssamlarımız rəngkarlıq simpoziumunda

Rəssamlarımız rəngkarlıq simpoziumunda
7 sentyabr 2019
# 17:04

Bu gün Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə "Art Zone Week" adlı rəngkarlıq simpoziumuna start verilib.

APA-nın yerli bürosunun xəbərinə görə “Gilan Hospitality Group” tərəfindən həyata keçirilən sosial yönümlü bu layihənin əsas məqsədi rəssamlarının gözü ilə Qəbələni respublikamızın əsrarəngiz turizm bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçməkdir.

"ART Zone Week" də iştirak edən Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Yelena Haqverdiyeva, Vüqar Muradov, eləcə də tanınmış fırça ustaları Elnur Babayev, Anar Hüseynzadə, Emin Əskərov Qəbələnin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri çəkəcək.

Bu əsərlər növbəti dəfə keçiriləcək ənənəvi "Art Zone Week" yaradıcılıq həftəsi çərçivəsində sərgilənəcək.

Hazırda Qəbələdə təməli qoyulan və sentyabrın 13-dək davam edəcək bu yeni mədəniyyət tədbirini gələcəkdə xarici rəssamların iştirakı ilə, müxtəlif fəsillərdə keçirmək nəzərdə tutulur.

Rəssamlar onların yaradıcılıqla məşğul olması üçün Qəbələdə yüksək şərait yaradılmasından məmnundurlar. Fırça ustaları Bakıdan rayona, gözəl təbiət qoynuna gəldiklərini, Qəbələdə kənd həyatı, əsrarəngiz təbiətlə tanışlıq zamanı çoxlu yeni mövzular tapdıqlarını, gözəl təəssüratlarla maraqlı əsərlər çəkəcəklərini bildiriblər.

Azərbaycanda ilk dəfə təşkil edilən bu rəngkarlıq simpoziumunun əhəmiyyətini yüksək qiymətləndirən rəssamlar hazırda yağmurlu hava olduğu üçün Qəbələnin “Qafqaz Sporte” otelindəki emalatxanada təbiət təsvirlərindən maraqlı kompozisiyalar yaradırlar. Onlar sabahdan başlayaraq təbiətdə naturanı, öz təxəyyüllərinin məhsulunu kətan üzərinə köçürəcəklər.

# 4240 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər