Corc Buşun başını nizəyə keçirdilər: “Taxt oyunları” serialından Maraqlı Faktlar

Corc Buşun başını nizəyə keçirdilər: <span style="color:red;">“Taxt oyunları” serialından Maraqlı Faktlar
14 may 2019
# 15:37

Kulis.az dünyaca məşhur “Taxt oyunu” serialından maraqlı faktları təqdim edir.

1. Serialın əsaslandığı “Buzun və alovun mahnısı” seriyasından ilk kitabı Corc Martin hələ 1996-cı ildə yazıb. Əsər amerikalıların elə xoşuna gəlib ki, iki aydan sonra əsərin ekranlaşdırma hüququnu almaq istəyiblər.

2. Aktyorların çoxu orijinal əsəri, yəni romanı oxumayıblar. Amma onlar bunu bilərəkdən ediblər; çünki, oynadıqları qəhrəmanın aqibətini bilmək onların oyununa mənfi təsir edə bilər.

3.Serialda bir bölüm üçün 700 kostyum, bir mövsüm üçün isə 7 minə yaxın kostyum tikilir.

4. Linqvist ekspert Devid Peterson bu kinoepopeya üçün 3 min sözdən ibarət dotrakiy dili uydurub. Bu dilin əsasında türk, rus və eston dili dayanır. Dilin ilk variantında öldürmək sözünün məna çalarları sevmək sözündən çox idi və ümumiyyətlə təşəkkür sözü yox idi. “Hər insan əlbəttə ki, öləcəkdir” mənasına gəılən “Valar morgulis” sözlərilə yaddaşlara düşən dil serialın əsaslandığı romanda sadəcə 50 kəlmə ilə istifadə olunurdu.Hazırda 900 mindən artıq tamaşaçı dili öyrənməklə məşğuldur.

5. Tirion Lannister obrazında oynayan Piter Dinkleyc vegeteriandır. Serialda aktyorun ət yeməsi lazım gəldikdə ona əsl ət verməyiblər.

6. Serialın ilk bölümlərində Corc Buşun “kəsilmiş başını” tanıya bilərsiniz. Nizəyə taxılmış bu başı studiyanın anbarından tapıblar və əlavə butafora əziyyət çəkməmək üçün serialda istifadə ediblər.

7. Aktyorların atın üstündə qurşandıqları silahlar bambukdan və rezindən düzəldilib. Bunu atların yaralanmaması üçün ediblər.

8. İlloria Mopatisin evi və Qırmızı qəsr səhnələri Maltiya prezidentinin yay sarayında çəkilib.

9. Müəllif yazmağı nəzərdə tutduğu sonluğu serialın prodüserinə danışıb. Bunu o, öləcəyi halda serialın finalının olması üçün edib.

10. ABŞ-ın Harvard Universitetində “Taxt oyunu” serialı üzərindən tədris fənni açılması planlanır. Tələbələr orta əsr tarixini bu serialın üzərindən öyrənə biləcəklər.

11. Ulduz müğənni Madonna serialın fanatlarındandır. Müğənni yəhudi bayramında geyinmək üçün serialın prodüserindən aktrisa Emiliya Klarkın serialda geyindiyi kostyumlardan birini istəyib.

12. Viseri Tarqanyenin obrazını yaradan Harri Lloyd yazıçı Carlz Dikkensin nəticəsi imiş.

13. Daha bir məşhurun nəslindən olan isə aktrisa Oona Çaplindir. Çarli Çaplinin nəvəsi olan Oona serialda Robn Starkın həyat yoldaşını oynayır.

14. Daeniris Tarqeryenin yediyi at ürəyi əslində yuyucu toz dadı verən saxta qanla bulaşdırılmış jelibomdur.

15. 4- cü mövsümdə çəkilmək üçün prodüserlər porno aktrisalar dəvət ediblər.

# 3054 dəfə oxunub

Oxşar xəbərlər

İnsanların sağlamlığı ilə oynayan əczaçılar - Günel Natiq

İnsanların sağlamlığı ilə oynayan əczaçılar - Günel Natiq

18:51 17 iyun 2025
Keçmiş nazir:  "Miri Yusif və Röyaya qulaq asıram" - Müsahibə

Keçmiş nazir: "Miri Yusif və Röyaya qulaq asıram" - Müsahibə

14:43 17 iyun 2025
Məşhur serialın çəkiliş meydançasında xaos

Məşhur serialın çəkiliş meydançasında xaos

14:31 17 iyun 2025
Barış Mançonun bacısı vəfat etdi

Barış Mançonun bacısı vəfat etdi

13:33 17 iyun 2025
Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

12:41 17 iyun 2025
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

12:13 17 iyun 2025
#
#
# # #