Xalqımız hacılara niyə nifrət edir?

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

19 yanvar 2022
# 11:00

Kulis.az Mehdi Dostəlizadənin "Heykəl" adlı yazısını təqdim edir.

Elə bil dünən hacıların müdafiəsinə qalxıb Əlixanı gözümçıxdıya salanlar bunlar deyildilər. Nə oldu axı? Heç 24 saat keçməmiş Hacı Zeynalabdin Tağıyevin heykəlini sındırdınız. Bəziləri deyə bilər ki, ayrı-ayrı adamların etdiyi qüsurların məsuliyyətini bütöv bir xalq daşımır. Bəs 10 milyon ayrı-ayrı adama necə münasibət bəsləyək?

Axı hər şey bu heykəlin sındırılması ilə başlamayıb və bununla da bitməyəcək. Bu ayrı-ayrı adamlar bankomatların qarşısında növbə mədəniyyətini pozur, hələ də avtobusa arxadan minir (üstəlik bunun üstündə avtobus sürücüsü ilə qanlı-qadalı davaya çıxırlar), zibil qabının düz yanına çatıb zibili yerə atır, küçədə anqırır (bəli, məhz anqırır, qışqırmaq insana məxsus xüsusiyyətdir) və sair və ilaxır işlər görürlər.

Bu gün 28 may metrosunun qabağından keçirdim. İki cavan oğlan məndən pul istədi, mən də olmadığını dedim, üzümü çevirib getdim. Aralarından cüllüt olanı (bax: borzu çumo) məhz anqıraraq:

– Ayə, sənlə deyiləm? Maa bax görüm – dedi.

Özümü sizə mülayim, həlim kimi təqdim etmək fikrim yoxdur. Necə olubsa, elə də yazacağam.

– Nə qışqırırsan ala, düdük? – qarşılıq verdim.

Üstünə xoxlandığımı görüb tonunu dəyişdi, sakitcə danışmağa başladı:

– Qaqa, mən ruçka satıram, istəyirdim alasan. Ehtiyacım var, vallah, bacım xəstədir.

Sonra bir xeyli danışdı, ardını xatırlamıram. Standart yolkəsən avara cümlələri idi. Mən də ona ruçkalarını satmaq üçün uğurlu metod seçmədiyini, insanlarla nəzakətlə davranmalı olduğunu dedim.

Belə vəhşi, barbar məxluqlar bir deyil, iki deyil. Onlar hər yerdə bizim qarşımıza çıxa bilərlər. İki-üç abzas əvvəl sadaladığım mədəniyyətsizlikləri törədən adamlar bu şəxslər və onların valideynləridir.

İndi isə keçək heykəl məsələsinə. Burdan Hacı Zeynalabdin Tağıyevə çox xırda müraciət etmək istəyirəm:
Hacı, mən bilmirəm sən nəyi nəyə görə etmisən? Niyə məktəb açıb, niyə su çəkdirmisən? Amma məni eşidirsənsə, agah ol ki, tikdiyin məktəb viran olub, çəkdirdiyin su da bulanıb.

İkinci müraciətim isə xalqa yox – axı ayrı-ayrı adamların qüsurlarının məsuliyyətini bütöv bir xalqın adına yazmaq olmaz – milyonlarla ayrı-ayrı adamadır. Əziz ayrı-ayrı adamlar, sizə təklif edirəm ki, gələn dəfə Axundovun heykəlinin altından stulu çəkib onu yıxasınız, Sabirin papağını başından çıxarıb yerə atasınız. Sizin həqiqi düşmənləriniz onlardır, hacılar yox.

Bu qədər qara-qura düşünəndən sonra məsələyə optimist tərəfdən də yanaşaq. Deyirlər, heykəl aşırmaq inqilabın, reformun rəmzidir. Mən bilən, Tağıyevin heykəlindən təsbehi sındırıblar. Ümid edək ki, bu kiçik çaplı reform “təsbeh ənənəsi”ni Hacının təsbehi ilə birgə bir kənara tullayar. Allah, sən özün xeyrə cala!

# 6084 dəfə oxunub

Oxşar xəbərlər

Qulu Ağsəsin yeni kitabının təqdimat mərasimi keçiriləcək

Qulu Ağsəsin yeni kitabının təqdimat mərasimi keçiriləcək

18:15 8 iyun 2026
Məşhur sənətçinin tamaşaları və konsertləri  ləğv edildi - Cinsi təcavüz ittihamlarına görə

Məşhur sənətçinin tamaşaları və konsertləri ləğv edildi - Cinsi təcavüz ittihamlarına görə

18:00 8 iyun 2026
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

17:35 8 iyun 2026
"Anam qorxunc bir varlıq idi..." - Məşhur psixoloq  ailəsi haqqında nə yazırdı?

"Anam qorxunc bir varlıq idi..." - Məşhur psixoloq ailəsi haqqında nə yazırdı?

16:20 8 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Azərbaycanlı fotoqrafın Romada sərgisi açıldı

Azərbaycanlı fotoqrafın Romada sərgisi açıldı

14:55 8 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər