Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü

Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü
21 aprel 2026
# 12:02

Bu günlərdə Türkiyənin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, jurnalist Şəhla Aslanın “Dil, Kimlik, Vətən” adlı yeni elmi-tədqiqat kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.

Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanır.

Kitab Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.

Kitabın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərovdur. N. Cəfərov “Dil, Kimlik, Vətən” əsərini son illərdə Azərbaycan türkcəsi və milli düşüncə ilə bağlı qələmə alınmış ən sanballı tədqiqatlardan biri kimi dəyərləndirərək, bu nəşrin geniş maraq doğuracağına əminliyini ifadə edib.

Qeyd edək ki, müəllif əsərdə Sabir Rüstəmxanlının yaradıcılığında ana dilini millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli varlığın əsas ifadə vasitəsi kimi təqdim edir. “Dil, Kimlik, Vətən” milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyan dəyərli elmi-tədqiqat əsəri kimi diqqət çəkir.

# 632 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər