Viktoriya dövrünün romançısı - Elizabet Qaskelli hansı məşhur yazıçı dəstəkləyirdi?

Viktoriya dövrünün romançısı  - Elizabet Qaskelli hansı məşhur yazıçı dəstəkləyirdi?
12 noyabr 2025
# 14:10

12 noyabr Viktoriya dövrü İngiltərəsinin məşhur yazıçısı Elizabet Qaskellin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Elizabet Qaskell 1810-cu il sentyabrın 29-da İngiltərənin paytaxtı Londonun Çelsi bölgəsində anadan olub.

Atası Uilyam Stivenson Xəzinə Nazirliyində vəzifə sahibi və jurnalist idi, anası isə Elizabet Holland idi. Anası Elizabet, qızının doğulmasından bir il sonra – 1811-ci il oktyabrın 29-da vəfat etmişdi. Beləliklə, cəmi 13 aylıq olan Elizabet, Çeşirdə yerləşən Knutsford şəhərinə göndərildi və uşaqlıq illərini burada, xalası Hanna Lambın yanında keçirdi.

Elizabet dörd yaşında olarkən atası yenidən evləndi. Onun ögey anası Ketrin Tomson, tanınmış şotland miniatür rəssamı Uilyam Con Tomsonun bacısı idi. 1832-ci ildə Elizabetin məşhur portretini məhz bu rəssam çəkmişdi.

Elizabet Qaskel Mançester şəhərinin ruhani din xadimi Uilyam Qaskel ilə evləndikdən sonra daha çox Qaskel adı ilə tanınmağa başladı. Əri ilə birlikdə yaşadığı mühit və onun dini fəaliyyəti, Elizabetin cəmiyyətin müxtəlif təbəqələrini, xüsusilə də yoxsul və əziyyət çəkən insanları yaxından tanımasına imkan yaratdı.

Qaskel yazılarında cəmiyyətin hər təbəqəsinə xitab edə biləcək bir dil istifadə edirdi. Onun əsərləri həm nüfuzlu şəxslər, həm də sosial cəhətdən kənarda qalan insanlar tərəfindən bəyənilir və asanlıqla anlaşılırdı.

O, romanlarında xüsusilə Mançesterdəki sənaye həyatını və cəmiyyətin sosial problemlərini qələmə alıb. Eyni zamanda məşhur yazıçı Şarlotta Brontenin bioqrafiyasını da yazıb.

Onun yazılarına məşhur yazıçı və nəşriyyatçı Çarlz Dikkens də dəstək verirdi. Qaskellin əsərləri dövrünün tanınmış jurnallarında çap olunurdu.

Yaşadığı dövrdə qadın yazarlara nadir hallarda rast gəlinirdi, lakin Elizabet Qaskel ingilis ədəbiyyatında əhəmiyyətli bir yer qazanıb.

XX əsrin əvvəllərində onun yazı tərzi bir qədər köhnəlmiş və "əyalət üslubu" kimi dəyərləndirilsə də, bu gün Elizabet Qaskell Viktoriya dövrü ingilis ədəbiyyatının ən çox qəbul edilən və qiymətləndirilən romançılarından biri hesab olunur.

Qaskel 1865-ci il noyabrın 12-də vəfat edib.

# 1866 dəfə oxunub

Oxşar xəbərlər

Müslüm Maqomayevin məzarı ziyarət edildi

Müslüm Maqomayevin məzarı ziyarət edildi

17:30 17 avqust 2026
Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

16:35 17 avqust 2026
UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək

UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək

16:20 17 avqust 2026
"Həyat can verənlərin oynadığı tamaşadır..." - İngilis şairdən sonet

"Həyat can verənlərin oynadığı tamaşadır..." - İngilis şairdən sonet

16:00 17 avqust 2026
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı

Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı

15:45 17 avqust 2026
Bakıda meydana ukraynalı şairin adı verildi

Bakıda meydana ukraynalı şairin adı verildi

15:20 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər