Unutmağa kimsə yoxdu? – Ulucay Akif

Unutmağa kimsə yoxdu? – Ulucay Akif
19 fevral 2024
# 12:43

Kulis.az Ulucay Akifin “Kamal Abdullaya açıq zəng” adlı yazısını təqdim edir.


Gözəl mətn oxuyanda insan olduğumu və yaşadığımı hiss edirəm.

İstəyirəm, ömrümün ən uzağında qalan adamları tapım, zəng edim, səslərini eşidim.

Soruşum ki, necədilər ömrün o uzağında, darıxmırlar ki?

Mən bilirəm, ömrün uzağında hava həmişə çox soyuqdu, orda qalan adamlar üşüyür.

Kamal Abdullanın yeni hekayəsini oxudum bu gün. “Qatardakı adam” hekayəsini deyirəm.

Hiss elədim ki, ürəyim köksümdə böyüdü, böyüdü, böyüdü, sonra birdən yerə çırpılıb çilik-çilik oldu.

Bir qızı sevmişdim mən də nə vaxtsa.

Hamı nə vaxtsa bir qızı sevib.

Həm də çox sevib.

Və heç kim o sevdiyi qıza qovuşa bilməyib.

Yəqin, belə olmalıdır.

Necə ki, insan doğulmağa və ölməyə məhkumdur,

Elə o cür də insan sevməyə və qovuşmamağa məhkumdur...

İstədim, Kamal Abdullaya zəng edib deyim ki, mən çox darıxıram ömrün uzağında qalan adamlar üçün.

İstədim deyim ki, mən o qızı elə sevmişdim ki, yeriyəndə ayağım yerə dəymirdi, bir qarış yuxarıda idim torpaqdan.

İstədim, deyim ki, mən də o qızı məktəbimizin qarşısında gözləyirdim elə.

Mənim də ürəyim köksümdən çıxırdı onu görəndə... onu görməyəndə...

İstədim, deyim ki, o baharda açan güllərin qoxusunu mən də heç vaxt duymadım bir daha.

İstədim, deyim ki, o qızın böyük qardaşı məni döyəndə özüm əl qaldırmadım ona.

axı əlim yox idi, yumruğum yox idi,

iki qanadım varıydı, bir də böyük ürəyim...

istədim deyim ki,

o bahar bir də heç vaxt gəlmədi,

o güllərin qoxusunu bir də heç vaxt duymadım.

Başqa heç nə...


# 5724 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

09:45 5 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

09:20 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər