Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov
21 fevral 2026
# 17:20

Kulis.az Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbəsi Murad İsrafilovun yazısını təqdim edir.

Ali təhsil müəssisələri haqqında danışanda adətən auditoriyalar, imtahanlar və diplomlar yada düşür. Amma universitet yalnız bilik verən məkan deyil. O, insanın formalaşdığı, səsini tapdığı, özünü sınadığı bir mərhələdir. Bəzən isə bu formalaşma auditoriyada yox, səhnənin işıqları altında baş verir.

Universitetin mədəni ruhu məhz belə anlarda yaranır. Bu məqamda Bakı Dövlət Universitetinin Mədəniyyət və Yaradıcılıq Mərkəzinin rolunu vurğulamaq istərdim.

Mən və tələbə yoldaşlarım üçün sözügedən mərkəz dərsdənkənar fəaliyyət yox, daxili inkişaf məktəbi oldu.

Səhnəyə çıxmaq kənardan asan görünə bilər. Beş dəqiqəlik ifa, bir neçə alqış və bitən proqram. Amma səhnənin arxasında başqa bir dünya var. Orada həyəcan, xaos, təkrar-təkrar məşqlər və səhvlər var. Eyni zamanda o səhvləri səbirlə düzəltməyi öyrədən müəllimlər var.

Pərdə açılır və işıqlar yanır. Tamaşaçı alqışlayır. Amma pərdənin arxasında görünməyən bir zəhmət dayanır. Uğur ön planda olur, amma uğura gedən yol çox vaxt görünmür. Biz bunu burada öyrəndik.

Mərkəz bizə təkcə musiqi və ya səhnə mədəniyyəti öyrətmədi. Bizə həm də “çaşsan da dayanma” prinsipini dərindənn aşıladı. Səhnədə səhv etmək son deyil, davam etməyi bacarmaq əsasdır. Bu qayda təkcə ifada yox, həyatda da keçərlidir.

Səhnənin qəribə bir xüsusiyyəti var: Beş yüz nəfərlik zalın səsi ifa zamanı qulağa çatmır. Sanki dünya susur və insan öz daxili fokusuna qapanır. Orada yalnız sən, ifa və məsuliyyət qalır. Bu hissi bir dəfə yaşayan artıq əvvəlki kimi olmur.

Səhnə arxası isə çox zaman xaotik mühitdir. Amma həmin xaosun içində sakit qalmağı bizə öyrədən bir kollektiv var. Zərb alətlərində ritmin nizamı, xorda səslərin birliyi, rəqsdə addımların intizamı, instrumental ifada məsuliyyət və diqqət bunların hər birinin arxasında görünməyən bir sistem dayanır. O sistem isə müəllimlərin səbri və zəhməti sayəsində qurulur.

Biz alqışları eşidirik. Amma bilirik ki, o alqışların bir hissəsi səhnədə görünməyən insanlara məxsusdur.

Bu mərkəz bizə harmoniya anlayışını praktikada göstərdi. Harmoniya yalnız musiqidə deyil, münasibətlərdə, əməkdaşlıqda, kollektiv ruhunda da var. Rəngarəng bacarıqlar, müxtəlif xarakterlər və fərqli səslər bir araya gələndə bir bütöv yaranır.

Biz burada təkcə ifa etmədik, böyüdük, səhv etdik, öyrəndik, yenidən sınadıq. Hədəflərimizi genişləndirdik və universitet daxilindən kənara da addım atdıq. Amma harada çıxış etməyimizdən asılı olmayaraq, ilk böyük məktəbimiz bu mərkəz oldu.

Universitetin mədəni ruhu məhz belə məkanlarda formalaşır - auditoriyadan kənarda, amma təhsilin özündən uzaqlaşmadan. Çünki sənət də təhsilin bir hissəsi, bəlkə də onun ən insani tərəfidir.

Bu yazı bir hesabat yaxud təşəkkür deyil. Bu, sadəcə bir kollektivin yaddaşına həkk edilən səmimi bir qeyddir.

Universitet divarlardan ibarət deyil, onu ruhlandıran insanlar var. Biz isə həmin ruhun bir hissəsi olduğumuz üçün özümüzü şanslı hesab edirik.

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər