“Ulduz”lu may

“Ulduz”lu  may
22 may 2025
# 14:00

"Ulduz" jurnalının may sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın may sayı Seyid Aynurun “Özüylə söhbəti və şeirləri” ilə açılır.

“Nəsr” Xan Abdullanın “Dumru”, Tural Cəfərlinin “Eyforiya”, Zəka Vilayətoğlunun “Eeey, səs salma”, Əlisəfdər Hüseynovun “Meloman”, Mübariz Cəfərlinin “Amədə” və “Bal” hekayələrini təqdim edir.

“Şeir vaxtı”nda Elşən Əzim, Sevinc Yunuslu, Tural Turan, Ceyhun Ötkəm, Xuraman Hüseyn, Rəsmiyyə Sabirdir.

Qulu Ağsəs bu dəfə Xalq artisti Arif Babayevlə “Ayrı söhbət” edib.

Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi İsa Zakriyevin qısa hekayələri Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunur.

“Anım”da Nizami Tağısoy “Vətən ağrılarının ağırlığı”ndan yazır.

“Tribuna” Aysel Xanlarqızının “Vasif Süleyman yaradıclığı haqqında”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər” yazısını təqdim edir.

“Debüt”də “İndinin simfoniyası” ilə Məryəm Bağırovadır.

İltimas Səmimi, İlkin Əhmədoğlunun şeirləri də “Ulduz”un may sayında yer alır.

“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin “Qeysdən Məcnuna: təsəvvüfün mistik zaman modeli kontekstində subyektin sufi transformasiyası”nı (3-cü məqalə) təqdim edir.

“Dərgidə sərgidə” rəsm əsərləri ilə Xatirə Həsənzadədir.

# 2089 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər