"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub

"Ulduz"lu görüşlər"in növbəti qonağı yazıçı-publisist Günel Anarqızı olub
24 aprel 2026
# 18:40

“Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid və universitetin bakalavr tələbələri iştirak ediblər.

Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi və kitabların insan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə Günel Anarqızı çoxsaylı suallara cavab verib.

Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib.

Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb.

# 1257 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər