“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"

“Türk Dünyası” rəsm qalereyasında - "Rənglərdə yaşanan 10 il"
29 dekabr 2025
# 15:25

Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Sərgidə iştirak edən Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, əl işlərinə baxış keçirib, qonaqlar və sərgi iştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərində yandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika, wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlif mövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından Ləman Əliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflı məlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmov çıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunan nailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədə məlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçıları təbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymət verərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmış Azərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digər əl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayiş etdirilib.

Sonda təqdim edilən “Ağ çiçəyim” rəqsi tədbirə xüsusi estetik gözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illik yubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdə tort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşa köçürüblər.

# 989 dəfə oxunub

Oxşar xəbərlər

Müslüm Maqomayevin məzarı ziyarət edildi

Müslüm Maqomayevin məzarı ziyarət edildi

17:30 17 avqust 2026
Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

16:35 17 avqust 2026
UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək

UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası İstanbulda keçiriləcək

16:20 17 avqust 2026
"Həyat can verənlərin oynadığı tamaşadır..." - İngilis şairdən sonet

"Həyat can verənlərin oynadığı tamaşadır..." - İngilis şairdən sonet

16:00 17 avqust 2026
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı

Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı

15:45 17 avqust 2026
Bakıda meydana ukraynalı şairin adı verildi

Bakıda meydana ukraynalı şairin adı verildi

15:20 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər