Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi

Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi
28 mart 2024
# 16:00

Milli Kitabxana tərəfindən “Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin - 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kulis.az xəbər verir ki, Teymur Elçinin 100 illik yubileyi münasibətilə hazırlanan virtual sərgidə ictimai xadimin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən istifadə edə bilərlər.

Sərgi 1 həftə davam edəcək.

Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Teymur Elçin 1924-cü il martın 28-də Şuşada anadan olub.

Teymur Elçinin Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olub.

Ədəbi yaradıcılığını bütünlüklə uşaqlara həsr edən şairin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ”, “Kirpinin laylası”, “Turacın laylası”, Siçan balası” və s. kimi şeirlərində uşaq aləminin min bir məqamı öz əksini tapıb.

Onun bir sıra şeirlərinə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlar tərəfindən çox sayda mahnılar bəstələnib.

Teymur Elçinin bədii tərcümə sahəsində də xüsusi xidmətləri olub. Onun İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis və başqalarının əsərlərindən etdiyi tərcümələr bu gün də Azərbaycan klassik tərcümə irsimizin ən gözəl nümunələri kimi Azərbaycan oxucularının ən çox sevdiyi və mütaliə etdiyi əsərlər sırasında öz yerini tutmaqdadır.

Teymur Elçinin həm də bir ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olub. O, uzun illər Dövlət Radio və Televiziya Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyində çalışıb və bu sahədə böyük təşkilatçılıq fəaliyyəti göstərib.

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər