Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı
4 mart 2026
# 12:58

Azərbaycan Dövlət Kukla Teatrı aktrisa Nərmin Əhmədovanın teatrın direktoru Rəşad Əhmədzadə ilə bağlı mülki məhkəmə prosessi haqqında açıqlama yayıb.

Kulis.az xəbər verir ki, yazıda məhkəmənin hələ tam yekunlaşmadığı bildirilib:

"Qeyd olunan məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi hakim Namiq Cəfərovun sədrliyi ilə 2 mart 2026-cı il tarixində məhkəmə iclası keçirilib, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilən qərar qüvvədə saxlanılıb. Qərardan narazı tərəf kimi Azərbaycan Dövlət Kukla Teatrı yuxarı instansiya məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edəcək. Ali Məhkəmənin qərarına uyğun olaraq bundan sonrakı addımlar müəyyən ediləcəkdir.

Nərmin Əhmədova ilə bağlı direktor tərəfindən imzalanmış əmrin qüvvədən düşməsi və ləğvi məsələsinə gəlincə bildiririk ki, bu istiqamətdə hər hansı yekun qərar qəbul edilməyib, məsələ Ali Məhkəməyə təqdim olunacaq. Ali Məhkəmənin qərarına uyğun olaraq müvafiq hüquqi addımlar atılacaqdır.

Qarşı tərəf yekun qərarı gözləmədən mediaya açıqlama verib. Bu, onun vətəndaş mövqeyidir və buna hər hansı etirazımız yoxdur. Amma bu çaşqınlıq yaradır".

Qeyd edək ki, Rəşad Əhmədzadənin həyat yoldaşı olmuş teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva bir müddət əvvəl ona qarşı təzyiqlər olduğunu bildirərək boşanma qərarı verdiyini açıqlamışdı. Onun iddiasına görə, teatrda ailəsinə qarşı təzyiqlər edən şəxslər olub.

Xatırladaq ki, aktrisa Nərmin Əhmədova ilə əvvəl Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasındakı mülki məhkəmə çəkişməsinin başa çatdığı qeyd edilmişdi. Aktrisa teatr direktorunun ona verdiyi şiddətli töhmətlə bağlı məhkəməyə üz tutub və onun aradan qaldırılmasını istəyib.

# 877 dəfə oxunub

Oxşar xəbərlər

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

Goranboyda İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri”

11:37 24 iyul 2026
95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər

11:35 24 iyul 2026
"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

"Son arzusu bu idi, baş tutmadı..." - Anar Tofiq Mirzəyevdən yazdı

11:22 24 iyul 2026
"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

"Dediyimi eləməsən, özümü öldürəcəyəm..." - Səməd Vurğun Abdulla Şaiqin evində kimi hədələmişdi?

10:00 24 iyul 2026
Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər