Tarixi abidələrin üzərindəki qanunsuz reklam lövhələri söküldü - FOTO

Tarixi abidələrin üzərindəki qanunsuz reklam lövhələri söküldü - FOTO
28 dekabr 2021
# 11:30

Bakı şəhərində dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, xidmət tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması, onların bədii-estetik xüsusiyyətlərinə, ilkin simasına xələl gətirən, standartlara cavab verməyən reklam və məişət qurğularının yerləşdirilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində tarix-memarlıq abidələrinin fasadı, dam örtükləri və digər hissələrinə qanunsuz müdaxilələrin qarşısı alınır, tarixi abidələr ilkin görkəminə qaytarılır.

Həmçinin Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinə uzun illər ərzində edilmiş qanunsuz müdaxilələrin nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən pilot layihə çərçivəsində 12 ünvanda yerləşən dövlət mühafizəsində olan abidələrin görkəmini korlayan reklam lövhələri və məişət qurğuları sökülüb.

Söküntü işləri Dövlət Xidmətinin Bakı Regional İdarəsinin müraciəti əsasında Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən həyata keçirilib

“Bundan sonra da bu kimi işlər davam etdiriləcək. Tarix-mədəniyyət abidələrinin üzərində onların memarlıq üslubuna, xarici görkəminə və bədii-estetik xüsusiyyətlərinə xələl gətirən qanunsuz müdaxilə halları müəyyən edilərək aradan qaldırılması təmin ediləcək. Dövlət Xidməti vətəndaşlar, elm dairələrinin nümayəndələri, müxtəlif hüquqi şəxslər, o cümlədən dövlət orqanları ilə müvafiq məsələ üzrə qarşılıqlı faydalı əməkdaşlığını davam etdirəcək", - məlumatda vurğulanıb.

# 3253 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər