Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə

Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə
19 aprel 2025
# 11:10

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Məhlənin girişində bir ağsaqqal oturardı. İlin fəslindən asılı olmayaraq, hava imkan verirsə, kreslosunu yolun kənarına qoyur, həşəmətlə kreslosunda möhkəmlənirdi.

Keçib-gedəndə sual-cavab etmək istəyirdi, mən də o mərhələni mümkün qədər sürətlə keçirdim. "Tay nə var-nə yox" suallarına cavab verməyə həvəs olmurdu.
Taksidən yolun başında düşürdüm ki, bir az piyada gedim.

Sonra müşahidə etdim ki, mən taksidən düşüb uzaqlaşanda, ağsaqqal taksi sürücülərini yanına çağırır.
Bir gün yenə tanış taksini yanına çağırdı, taksi gedəndən sonra sürücüyə zəng etdim ki, "Anar, ağsaqqal sənə nə deyirdi?".
Anar da pərt halda dedi ki, "Mənə deyir "Sən nə eşşək adamsan?". Soruşub "Niyə?"
Ağsaqqal da izah edib ki, məni niyə yolun ortasında düşürür, qapıya qədər aparmır. Anar da izah etməyə çalışıb ki, özü belə dedi. Ağsaqqal ağzının üstündən vurub, "O dedi, dedi. Sənin qanacağın hardadır?"

Deməli, bu ağsaqqal vəzifə icad edib, özünə "ərazidə qanacağın hakimi" statusu verib.

Oxşar hadisələr çox olur. Uzun müddətdə, əziyyətlə qazanılmalı olan statusları, insanlar özləri özlərinə pay verirlər.

Məsələn,

- Əhali arasında populyar olan, ancaq əhalinin açıq deyə bilmədiyi qərəzləri səsləndirib, "fikir insanı, qənaət öndəri" olurlar. Bir-iki çeynənmiş qənaəti müasir formada təqdim edəndə, ətrafda kütlə cəmləşir, əlləri üstünə qaldırır, başları üstündə gəzdirirlər.

- Ağsaqqal-ağbirçək statusu
Sırf yaşa görə üstünlüyə, hökm haqqına iddia etmək.
Qədimdə bilginin toplandığı yeganə yer qəbilənin yaşlı insanının yaddaşı idi. İndi artıq belə deyil, AI istənilən ağsaqqaldan çox bilir. Özlərinə normal pensiya fondu yarada bilməmiş yaşlıların gənclərə öyüd vermələri satiradır.

- Alim statusu.
2019-2022 illərində 260 şəxs filologiyadan alimlik dərəcəsi alıb. Pareto prinsipinə görə, 10%-i çıxsaq, təxminən 250 nəfər bu adı sırf özünə alim dedirtmək üçün alır. Sonra da "Dahi şair Füzulinin əsərlərində bəhsi keçən meyvələr" adlı əsər yazır.

Yaxında Füzuli haqqında yazılan əsərlərin sayı Eynşteyn haqqında yazılanları keçər.

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist:  "Serialdan erkən ayrılma səbəbim..." -Açıqlama

Əməkdar artist: "Serialdan erkən ayrılma səbəbim..." -Açıqlama

16:30 17 aprel 2026
Beynəlxalq Rəqs Gününə həsr olunan konsert təşkil ediləcək

Beynəlxalq Rəqs Gününə həsr olunan konsert təşkil ediləcək

16:00 17 aprel 2026
Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirildi

Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirildi

15:49 17 aprel 2026
Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto

Sel Mikayıl Müşfiqin xatirə muzeyini zədələdi - Foto

15:43 17 aprel 2026
Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək

Osmanlı İstanbulunun nadir fotoları nümayiş etdiriləcək

15:05 17 aprel 2026
Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu

Budapeştdə Fəxrəddin Manafovla görüş təşkil olundu

14:40 17 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər