“Ssenari yazmağın təməl qaydaları” kitabı ilk dəfə Azərbaycan dilində

“Ssenari yazmağın təməl qaydaları” kitabı ilk dəfə Azərbaycan dilində
23 avqust 2025
# 10:10

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) dünyaşöhrətli bestseller, tanınmış ssenarist və prodüser Sid Fildin “Ssenari yazmağın təməl qaydaları” adlı kitabını ilk dəfə Azərbaycan dilinə tərcümə edəcək.

Kulis.az AKİ-yə istinadən xəbər verir ki, kitabın yayım hüquqları 5 illik müddətinə alınıb. İlk dəfə 1979-cu ildə işıq üzü görən əsər 2003-cü ilə qədər yarım milyon nüsxə tirajla satılıb və dünyanın 400-dən çox universitet və kollecində dərs vəsaiti kimi istifadə olunub.

Sid Fild beynəlxalq miqyasda tanınmış ssenarist, prodüser, mentor və bestseller müəllifdir. “Ssenari yazmağın təməl qaydaları” bu günə qədər 22 dilə tərcümə olunub.

Əsər yeni başlayan ssenaristlər, kino tələbələri, rejissor və prodüserlər, həmçinin film sahəsində yazı işi ilə məşğul olan hər kəs üçün dəyərli vəsait hesab olunur. 18 hissədən ibarət kitab AKİ tərəfindən nəşr edildikdən sonra kino mütəxəssisləri və tələbələrə pulsuz paylanacaq.

Qeyd edək ki, müqavilənin imzalanması “Roller Bird” nəşriyyat evi və onun təsisçisi Əfsanə Yusifin təşkilati dəstəyi ilə həyata keçirilib.

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər