Sovetin ən məşhur əyyaşı

Sovetin ən məşhur əyyaşı
18 dekabr 2023
# 12:20

Bu gün görkəmli rus aktyor Yuri Nikulinin doğum günüdür.

Kulis.az Çingizin "Sovet kinosunun simaları: Yuri Nikulin" yazısını təqdim edir.

Görkəmli rus aktyoru, məşhur sirk artisti Yuri Vladimiroviç Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olub. Atası Vladimir Demidovdakı dram teatrında mədəni-maarif işçisi, anası isə həmin teatrda aktrisa kimi çalışırdı. 1935-ci ildə Nikulinin ailəsi Moskvaya köçür və o, orta məktəbi burada bitirir. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir, sonra Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olur. “İgidliyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təlif edilir.

Юрий Никулин: человек, делившийся добротой

1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. O, Moskva sirkində klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra o zamanın məşhur klounu Karandaşın yanında köməkçi işləyir. Bir qədər sonra digər bir sirk klounu Mixail Şuydinlə duetdə çıxış etməyə başlayır. Bu duet uzun illər, Mixail Şuydinin 1983-cü ildə vəfat etməsinədək fəaliyyət göstərir. Bundan sonra Nikulin sirkin direktoru vəzifəsində çalışır. O, bütövlükdə ömrünün 50 ilini sirkdə işləyib və minlərlə tamaşaçının sevimlisinə çevrilib.

Юрий Никулин: топ-10 невероятных фактов из жизни великого клоуна | STARHIT

Lakin Nikulini daha çox məşhurlaşdıran kinoda oynadığı rollar olur. O, kinoda ilk rolunu 1958-ci ildə “Gitara çalan qız” filmində oynayır. Burada məşhur aktrisa Lyudmila Qurçenko ilə tərəf-müqabil olur. Karyerası boyu Yuri Nikulin saysız -hesabsız rollar oynayıb, bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb.

Любимое занятие — жить. Юрий Никулин с особой любовью относился к Самаре >  Рубрика Культура в Самаре

Ona ən böyük şöhrəti isə rejissor Leonid Qaydayın çəkdiyi komediya filmlərində yaratdığı obrazlar gətirir. “Araq çəkənlər”, “Köpək Barbos və qeyri-adi kross”, “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmlərində Nikulinin digər iki məşhur aktyor - Yevgeni Morqunov və Georgi Vitsinlə birgə yaratdığı komik üçlük (Qorxaq, Bivec və Çoxbilmiş) milyonlarla tamaşaçıya yaxşı tanışdır.

Юрий Никулин не раз отказывался от ролей в картинах Гайдая - Рамблер/кино

Nikulinin “Brilyant əl” komediyasında oynadığı Semyon Semyonoviç Qorbunkov obrazı da sovet kinosunun ən yaddaqalan surətlərindəndir. Yeri gəlmişkən, bu filmin bir hissəsi Bakıda, İçərişəhərdə çəkilib.

Nikulin “Qoca quldurlar”, “Müqəvva”, “Ağaclar böyük olanda”, “Müharibəsiz iyirmi gün” və s. filmlərdə də maraqlı obrazlar yaradıb.

Личная жизнь Юрия Никулина и его единственной жены Татьяны: фото,  биография, описание

Yuri Vladimiroviç Nikulin kinoda və sirk sənətində fəaliyyətinə, qazandığı uğurlara görə SSRİ Xalq artisti adına layiq görülmüşdü. Görkəmli sənətkar 1997-ci il avqustun 21-də vəfat edib.

# 1573 dəfə oxunub

Oxşar xəbərlər

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

Xomeyni Rza şahın mavzoleyini niyə dağıtdırdı? - Dəhşətli sirrin pərdəarxası

18:51 1 may 2025
Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə

18:31 1 may 2025
1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

18:10 1 may 2025
Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

Opera və Balet Teatrının direktor müavini vəzifəsindən azad edildi

17:15 1 may 2025
"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..."  - Seminar

"B.Pasternak, İ.Brodski: Rus şeirində iki səs, bir əks-səda..." - Seminar

16:45 1 may 2025
De Nironun oğlu cinsiyyətini dəyişdi

De Nironun oğlu cinsiyyətini dəyişdi

15:40 1 may 2025
# # #