Sənin xoşuna gəlirsə, yaxşıdır, gəlmirsə, pisdir? - Yalçın İslamzadə

Sənin xoşuna gəlirsə, yaxşıdır, gəlmirsə, pisdir? - Yalçın İslamzadə
12 aprel 2025
# 11:00

Kulis.az Yalçın İslamzadənin yazısını təqdim edir.

Parkda üç gənc var idi, bir qız, iki oğlan. Qızla oğlanlardan birinin bədən dilləri və jestləri digər oğlana mütəmadi "get" siqnalı verirdi. Ancaq üçüncü şəxs siqnalları oxuya bilmirdi, elə bilirdi ki, onun da orada olmasından digər şəxslər çox məmnundurlar.

Çünki özünə o an orda olmaq xoş idi.

Kimsə zəng edir, nəsə öyrənmək istəyir. "Bilmirəm, yalan deyərəm, dəqiq məlumatım yoxdur" kimi ifadələr ona heç nə ifadə etmir, israr etdikcə edir. Ona bir məlumat lazımdır və sən onu tapıb verməyə borclusan sanki.

Taksi sürücüsü kiçik Leapmotor 103 maşınında siqaret çəkir, müştəri nümayişkar formada küləkli havada pəncərələri açır, ancaq sürücüyə dəxli yoxdur. O an siqaret çəkmək istəyir və çəkir. Onun dünyasında əməlindən narahat olan şəxsin yeri yoxdur.

Növbəni pozan şəxs "tələsirəm" deyir, başqalarının da vaxtının məhdud ola biləcəyini dərk etmir. Beynində "başqaları" bölgəsi formalaşmayıb.

Ümumiləşdirsək, bir hadisə və ya məhsul şəxsin xoşuna gəlirsə, yaxşıdır, gəlmirsə pisdir. Kimsə kino tövsiyyə edir, biri yazır, "Mən baxdım, bəyənmədim, ona yox, buna bax. Bu yaxşıdır". Onun bəyənmədiyini başqasının bəyənə biləcəyini və əksinə olacağını fərq etmir.

İnsanların dünyasında ancaq öz perspektivləri, eqoları var, "başqaları" yoxdur.

Münasibət formalaşdırmağın birinci metodu eqosentrizmdir.

İkincisi kollektiv kimlikdir - bizim rayonun şairi, bizim kəndin şöhrəti, bizim qrupun fikri.

Bu ideyaya görə bir ərazidə yaşayanların hamısı qüsursuz, təktip insanlardır və onların kollektiv mövqeyi icma üzvünün güzəştsiz, mütləq doğru mövqeyidir.

Eqosentrizmdən və kollektivlikdən ayrıca, müstəqil şəkildə üçüncü baxış, "mənim mövqeyim" formalaşdırılması prosesi yoxdur.

Eqo və kollektivlik-bunlara əlavə mütaliə, müzakirə, həyat təcrübəsi, düşüncə nəticəsində fərdi baxış bucağına rastlamaq olmur.

Dünyaya eqolarından baxanlar, kollektivin hökmlərini şəxsi fikirləri kimi mənimsəyirlər. "Mənim fikrimcə..." sözü ilə başlayan cümlələrin çox böyük əksəriyyətində "mən" görünmür.

# 2564 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər