Şəhid Kənan Əhmədov yad edildi: "Zirvədə bitən ömür"

Şəhid Kənan Əhmədov yad edildi:  "Zirvədə bitən ömür"
17 fevral 2025
# 16:56

Milli Məclisin deputatı Elnarə Akimovanın təşəbbüsü ilə şəhid Kənan Əhmədovun mövludu geniş şəkildə qeyd olunub.

Kulis.az xəbər verir ki, deputat 15 fevralda Sumqayıt Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun və 6 saylı Folklor Klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi Əhmədov Kənan Ləzgi oğlunun 30 illik yubileyinə həsr olunmuş “Zirvədə bitən ömür” adlı tədbir keçirilib.

Öncə Vətən uğrunda canından keşmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açıb, şəhid Kənan Əhmədovun ömür və döyüş yolundan danışıb. Sonra söz millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimovaya verilib. Elnarə xanım deputat seçkiləri ərəfəsində şəhidin anasını ziyarət etdiyini və onun qayğıları ilə maraqlandığını qeyd edib və ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində olan diqqət və qayğıdan danışıb. Sumqayıt şəhət İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, qazi Zaur Süleymanlı tədbir iştirakçılarını icra hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını yetirib və şəhidlərimizin müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Azərbaycan Yazıçılar Birlyi Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, AYB-nin üzvü şair Hikmət Fərzəli şəhidlərimizə həsr etdikləri şeirlərini oxuyublar.

Şəhid Kənan Əhmədovun anası Narifə Əhmədova və dayısı Ramiz Əhmədov şəhidin həyat yolundan söhbət açıblar və tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti Tural Məsimov, müğənni-bəstəkar Arif Səlimov və Fidan Mikayılovanın ifalarında qəhrəmanlıq mövzusunda mahnılar səsləndirilib. 35 nömrəli orta məktəbin müəllimi Nigar Vəliyevanın aparıcılığı ilə davam edən tədbir həmin məktəbin şagirdlərinin andiçmə kompoziyası ilə yekunlaşıb.

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər