Şaxta Babanın qucağında ölən oğlanın ağrı dolu HEKAYƏSİ

Şaxta Babanın qucağında ölən oğlanın ağrı dolu <span style="color:red;">HEKAYƏSİ
13 dekabr 2016
# 12:33

Faciəvi hadisə Amerikanın Tenessi ştatında, qışın ilk günlərində baş vermişdi. Ölümcül xəstə uşaq Şaxta Babanın qucağında canını tapşırmışdı. Bu dəhşətli hadisəni NBC telekanalındakı jurnalistə Yeni il ərəfəsində supermarketlərin birində Şaxta Baba işləyən Erik Mit Matçen danışıb.

- Mən işdən evə gəlmişdim. Bu vaxt xəstəxanadan bir tibb bacısı mənə zəng elədi. Qadın dedi ki, palataların birində beş yaşlı uşaq ölmək üzrədir, Yeni ilə çıxa bilməyəcəyindən qorxur. – Erik söhbətə başladı.

Zəngin üstündən heç 15 dəqiqə keçməmişdi, Erik artıq küçədə idi. Sıx, qalın ağ saqqalı, iri qarnı onu Şaxta Babaya oxşadırdı. Tələsdiyindən əynindəki nağıl personajının kostyumunu çıxartmağa vaxtı olmamışdı.

Palatanın qapısının ağzında uşağın anası Erikin əlinə bir hədiyyə tutuşdurur. Bu oyuncaq “Patrul küçüyü” multiserialının qəhrəmanı idi.

- “Mənə Yeni ili keçirmək üçün yığışmışıq dedilər” - içəri girəndə bunu dedim. – Ancaq uşaq mənə cavab verdi ki, öləcəm.

Şaxta Baba uşağa yaxınlaşıb.

- Səni əmin edirəm ki, mələklər Yeni ilin sənsiz keçməyinə icazə verməz... – gülümsəyib uşağa.

Ona dedim ki, mən Şaxta Babanın köməkçisiyəm. O gəlməmişdən əvvəl bütün qapılar açılacaq.

Uşaq həyəcanla soruşub:

- Doğrudan?

Göz yaşlarını saxlaya bilməyən Erikin son sözləri:

- Uşaq gülümsündü, məni qucaqladı və öldü.

Erik danışır ki, bu hadisə onun Şaxta Baba olmaqdan imtina etməsinin qarşısını aldı. Dəhşətli günün ertəsində o gülümsəyən uşaqlar gördü və anladı ki, onun işi uşaqların gülüşü üçün lazımdır.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

Bir tək sən mühümsən, eşq... - Günün mahnısı

13:46 4 noyabr 2025
Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

Dinini dəyişdirən aktyor - Fərman Şəkilinin filmləri niyə efirə buraxılmadı?

13:30 4 noyabr 2025
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

13:10 4 noyabr 2025
“Gilqamış"  operası nümayiş etdiriləcək

“Gilqamış" operası nümayiş etdiriləcək

12:55 4 noyabr 2025
Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

Cəhalətə meydan oxuyan şair - Seyid Əzim Şirvani millətin gözünü necə açdı?

12:18 4 noyabr 2025
Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

Kino və fəlsəfə paralelini görən ilk filosof - Delöz nəyi cəfəngiyyat hesab edirdi?

11:38 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər