Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyi keçirildi

Sankt-Peterburqda Nizami Gəncəvinin 8 80 illik yubileyi keçirildi
24 dekabr 2021
# 10:08

Dekabrın 11-də Rusiyanın mədəniyyət mərkəzi hesab olunan Sankt-Peterburq şəhərində “Çinar” Milli-Mədəni Mərkəzinin və Leninqrad Vilayəti Azərbaycan Milli Mədəni Muxtariyyətinin təşəbbüsü və təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

Kulis.az xəbər verir ki, tədbirə açılışı 2002-ci ildə həyata keçirilmiş dahi şairin heykəlinin önündən başlanmışdır. Sonra bu tədbir Leninqrad Vilayətinin Dostluq Evində davam etmişdir. Tədbirdə Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı ziyalılar, Azərbaycan konsulluğunun nümayəndələri, azərbaycanlı tələbə və məktəblilər, müxtəlif diaspora nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Sankt-Peterburq şəhərində yerləşən 104 saylı orta məktəbin müəllimi, “Çinar” Milli-Mədəni Mərkəzinin həmtəsisçisi, Leninqrad Vilayəti Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini, Ülviyyə Abbasova açmışdır. O, qonaqları salamlayaraq qeyd etmişdir ki, bu il Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə Nizami Gəncəvi ili elan olunmuşdur. Azərbaycanda və eləcə də Azərbaycandan kənarda yaşayan azərbaycanlılar dahi şairin yubileyini dərin ehtiramla yad edirlər. Sankt-Peterburqda yaşayan azərbaycanlılar da vətəndən uzaqda olmalarına baxmayaraq şairin yubileyini qeyd etməyi özlərinə borc bilirlər.

Leninqrad Vilayəti administrasiyasının millətlərarası və konfensiyalararası münasibətlər şöbəsinin baş mütəxəssisi Melnikova Anna İvanovna qonaqları salamlayaraq Nizami Gəncəvinin təkcə Azrəbaycan ədəbiyyatı üçün deyil, eyni zamanda bütün dünya ədəbiyyatı üçün qoyub getdiyi irs dəyərlidir.

Tədbirə Bakıdan videoəlaqə ilə qoşulan Əlyazmalar İstitutunun elmi katibi, filologiya elmləri namizədi, fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Böyük humanist Nizami Gəncəvi” adlı məruzə ilə, Sankr-Peterburq Dövlət Universitetinin dissertantı Şahnaz Kamal “Nizami Gəncəvi və Sankt-Peterburq”, Sankt-Peterburq “Simurq” Gənclər birliyinin üzvü Fuad Məmmədov “Nizami və Şekspir musiqidə: müqayisə xarakteri” adlı məruzələrlə çıxış etmişlər.

Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi, şərqşünas, “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzinin rəhbəri, “Çinar” rəqs ansamblının bədii rəhbəri Xeyransa Mirzəyeva Nizami yaradıcılığından bəhs edərək müxtəlif illərdə Nizami ilə bağlı bu şəhərdə çap olunan kitabları və böyük dəyərə malik bir neçə eksponatları nümayiş etdirmişdir.

Daha sonra tədbirdə iştirak edən ziyalılar və müxtəlif təşkilatların nümayəndələrinə söz verilmişdir.

Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun humanitar işlər üzrə konsulu Rəhim Rəhimzadə çıxış edərək tədbirin təşkilatçılarına, azərbaycanlı ziyalılara, tələbə və məktəblilərə təşəkkür edərək belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulamışdır.

Sankt-Peterburqda yerləşən “Naxçıvan” Azərbaycan dostları cəmiyyətinin “Gənclər və uşaqlar üçün təhsil mərkəzi”nin rəhbəri Həsən Məsimov çıxış edərək Sankt-Peterburqda yaşayan azərbaycanlı məktəblilərin Nizami əsərlərinə çəkdikləri illüstrasiyaları nümayiş etdirmişdir.

Tədbirdə Sankt-Peterburq şəhəri 5 saylı kitabxananın müdiri Furenkova Marqarita Aleksandrovna söz alaraq Nizami Gəncəvi irsinin gələcək nəsil üçün nə qədər önəmli olmasını vurğulamışdır.

Ədəbi-bədii tədbirdə azərbaycanlı məktəblilərin ifasında Nizaminin azərbaycan və rus dilində şeirləri səslənmiş, dahi şairin sözlərinə yazılmış romanslar ifa olunmuşdur. Tədbirə Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” rəqs ansamblının solistlərinin rəqsləri xüsusi rəng qatdı.

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olundu

17:13 29 iyun 2026
Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

Uçuşdan geri qayıtmayan yazıçı - Antuan de Sent-Ekzüperini kim öldürmüşdü?

17:00 29 iyun 2026
Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

Rənglərdən qorxan rəssam - O, niyə hərbi təyyarələri kamuflyaj edirdi?

17:00 29 iyun 2026
Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

Kanye Vestdən ad günündə Versal sarayında maskarad və qalmaqal

16:30 29 iyun 2026
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

15:38 29 iyun 2026
Alla Puqaçova karyerasına son qoydu - Səbəb

Alla Puqaçova karyerasına son qoydu - Səbəb

15:20 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər