Roman müsabiqəsinin ilkin seçim mərhələsi başa çatdı

Roman müsabiqəsinin ilkin seçim mərhələsi başa çatdı
5 noyabr 2022
# 17:20

TEAS PRESS Nəşriyyat Evinin təşkil etdiyi gənclərin roman müsabiqəsinin ilkin seçim mərhələsi başa çatıb.

Kulis.az xəbər verir ki, TEAS Press Nəşriyyat Evinin gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin ilkin seçim mərhələsinin nəticələri açıqlanıb. Üç ay ərzində gənc yazıçılar tərəfindən təqdim olunan əsərlər peşəkar münsifilər heyəti tərəfindən oxunaraq qiymətləndirilib və əvvəlcədən elan edilmiş meyarlara uyğun gələn “uzun siyahı” (10 əsər) müəyyən olunub. Həmin əsərlər bunlardır (sıralama şərtidir):

1. Abbaszadə Əfrail (“Mənguberdi”)

2. Əliyev Davud (“Aya baxan gözlər”)

3. Əşrəfov Əşrəf (“Gecənin ən qaranlıq anı”)

4. Həmzəyev Seymur (“Nikolas Bonnet – Şərqə aparan hekayə”)

5. İsmayılov Elay (“Günah kolleksioneri”)

6. İsmayılov Pərvin (“Xanədan”)

7. Qəhrəmanov Hüseyn (“İxtisassız psixoloq”)

8. Məhərrəmli Fərid (“Setrali”)

9. Suvarov Nurlan (“Tabu”)

10. Zeynallı Aytəkin (“Qəlbin iblisləri”)

Müsabiqənin ikinci mərhələsinin nəticələri – “qısa siyahı” (5 əsər) yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, TEAS Press Nəşriyyat Evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsilə oxuculara çatdırılmasından və ədəbi rəqabət mühitinin inkişafına təkan verərək, yeni imzaların üzə çıxmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqənin yekun mərhələsində isə iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar. I yerin sahibinə 2000 (iki min) AZN pul mükafatı veriləcək. Həmin əsər TEAS Press Nəşriyyat Evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək. II yerin sahibinə 1500 (min beş yüz) AZN, III yerin sahibinə 1000 (min) AZN pul mükafatı veriləcək.

# 3855 dəfə oxunub

Oxşar xəbərlər

II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər