“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi

“Rənglərlə danışan Abdurrahman”  adlı rəsm sərgisi keçirildi
13 may 2026
# 18:05

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn” dərnəyinin üzvü Abdurrahman Səlimlinin “Rənglərlə danışan Abdurrahman” adlı fərdi rəsm sərgisi keçirilib.

APA xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

“Rənglərlə danışan Abdurrahman” sərgisi gənc rəssamın bədii dünyasını, yaradıcılıq potensialını və sənətə sevgisini əks etdirən xüsusi mədəni layihə kimi təqdim olunub.

Sərgidə iştirak edən tanınmış rəssamlar və qonaqlar Abdurrahmanın yaradıcılığı haqqında xoş təəssüratlarını bölüşüblər.

Tədbirin bədii hissəsində isə mərkəzin kollektivinin hazırladığı rəngarəng proqram nümayiş olunub.

Qeyd edək ki, autizm spektrində olan gənc rəssam Abdurrahman Səlimli 2021-ci ildən etibarən mərkəzin “Təsviri sənət və dizayn” dərnəyinin üzvüdür. O, rəssamlığın sirlərini öyrənərək yaradıcılıq inkişafını davam etdirir və daxili dünyasını rənglər vasitəsilə ifadə edir. Onun əsərləri fərdi baxış bucağı, emosional dərinlik və detallara həssas yanaşması ilə seçilir.

Abdurrahman Səlimli həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə keçirilən sərgilərdə uğurla iştirak edib. O, Yaponiya, Belarus, Qazaxıstan və digər ölkələrdə təşkil olunan beynəlxalq rəsm müsabiqə və sərgilərində I, II və III yerlərə, eləcə də xüsusi mükafatlara layiq görülüb. Eyni zamanda, Azərbaycanda keçirilən müxtəlif sərgilərin qalibi və laureatı olub.

Gənc rəssam mərkəzin “Çiçəyim” uşaq teatrının da üzvüdür. O, müxtəlif tamaşalarda çıxış edib və iştirak etdiyi uşaq teatrı festivalında I yerə layiq görülüb.

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

Klassik kino irsinə həsr olunmuş festival keçirilir

Klassik kino irsinə həsr olunmuş festival keçirilir

10:40 12 oktyabr 2026
"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

10:27 12 oktyabr 2026
Elza Seyidcahan:  "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

Elza Seyidcahan: "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

10:00 12 oktyabr 2026
​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər