Rasim Balayevdən Polad Bülbüloğluya təbrik məktubu

Rasim Balayevdən Polad Bülbüloğluya təbrik məktubu
6 fevral 2025
# 10:13

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Xalq artisti, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Kulis.az təbrik məktubunu təqdim edir.

Hörmətli Polad müəllim,

Sizi – Azərbaycanın görkəmli bəstəkarı və müğənnisini, tanınmış diplomatını, Milli Məclisin Mədəniyyət Komitəsinin Sədrini 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Siz çox geniş arealda yayılmış və populyarlıq qazanmış bir çox mahnıların müəllifi və ifaçısı kimi tanınmısınız. Kinofilmlərin, dram tamaşalarının musiqilərinin, simfonik poemaların müəllifi kimi 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüsünüz. “Kitabi Dədə Qorqud” dastanı əsasında yazdığınız və artıq dünya səhnəsində oynanılan “Eşq və ölüm” baleti yaradıcılığınızın geniş diapazonundan xəbər verir.

Siz Azərbaycanın Mədəniyyət naziri və “Türksoy”un rəhbəri olarkən Milli mədəniyyətimizin təbliği və tanıdılması sahəsində misilsiz işlər görmüsünüz. Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışarkən ölkələrimiz arasında dostluğun və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə layiqli töhfələr vermisiniz. Xüsusi olaraq qeyd edim ki, “Kinematoqrafiya haqqında” Qanun məhz Sizin mədəniyyət naziri olduğunuz zaman qüvvəyə minmişdir.

Sizin yaradıcılıq və diplomatik fəaliyyətiniz dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ən yüksək mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunmusunuz. Biz Sizi öz vətəninə, xalqına ləyaqətlə xidmət edən bir vətəndaş, bir çox uğurlara imza atmış sənət adamı və diplomat, əsil ziyalı kimi tanıyır və çoxşaxəli fəaliyyətinizi yüksək dəyərləndiririk.

Hörmətli Polad müəllim,
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından bir daha Sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər