Qismət: "Yeni ədəbi qrup yaradıram!"

Qismət:  "Yeni ədəbi qrup yaradıram!"
9 iyun 2025
# 12:14

"Yeni ədəbi qrup yaradıram!"

Kulis.az xəbər verir ki, bu sözləri esseist, şair Qismət deyib.

Onun sözlərinə görə üzvlər xüsusi seçiləcək:

"Ötən əsrin əvvəllərində Londonun Blumsböri səmtində toplaşan sənətçilər sonradan "Blumsböri qrupu" olaraq məşhurlaşdılar. Onların sırasında yazıçı Virciniya Vulf və siyasətçi əri Leonard Vulf, məşhur "Romanın aspektləri" kitabının müəllifi, yazıçı və tənqidçi E.M. Forster, dünyaca tanınan iqtisadçı Con Keynes, Virciniya Vulfun rəssam bacısı Vanessa Bell və başqaları vardı. Söhbətləri tuturdu, dünyagörüşləri bir-birinə bab idi. Hətta Virciniya Vulf və əri Leonard "Hogart press" adlı butik bir nəşriyyat da açmışdılar, ancaq yüksək estetik meyarlarla ölçüb bəyəndiklərini çap edirdilər. Ədəbiyyat tarixində onları hədsiz fərdiyyətçiliyə görə tənqid edənlər də olub, ancaq heç kim onları qrupbazlıqda ittiham etməyib, çünki bu, ümumiyyətlə gülməlidir. Çünki bütün dünyada estetik hərəkatlar qrupların ətrafında baş verib, manifestli, yaxud manifestsiz.

Qrupların bəziləri konkret məkanda yığışıblar, tutalım, Parisdəki bir kafedə, bəziləri məsafədən, virtual olub, məsələn, hansısa jurnal ətrafında. İndiki açıq dünyada bu işlər daha asan baş tutur, metamodernistlər bir neçə sayt ətrafında sürətlə birləşdilər və s. Madam ki, ortada qrup olmasa da, hər kitabın 5-ci səhifəsində yuxulayan xeyli adam qrupdan danışır, onda qrup yaratmağın vaxtıdır. Avqustda "Yasamal" və ya "Elmlər qrupu" elan olunacaq, hətta, bəlkə, manifestini də yazdım. İndidən deyim, açıq qapı olmayacaq, seçmimi və dəvəti qrup özü edəcək."

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər