Qərbi Avropanın ən qədim insanları

Qərbi Avropanın ən qədim insanları
14 mart 2025
# 13:55

Qərbi Avropanın ən qədim insan qalıqları İspaniyanın şimalındakı Burqos şəhərinin Atapuerka bölgəsində tapılıb.

Kulis.az xəbər verir ki, ispan alimləri tərəfindən aşkar edilən qalıqların 1,1-1,4 milyon il əvvələ aid olduğu bildirilir.

Bu vaxta qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növünün "Homo antecessor" (pioner insan) olduğu düşünülürdü. Son qalıqların isə "Homo affinis erectus" (dik insan) kimi təsnif edilən yeni insan növünə aid olduğu aşkarlanıb.

Alimlərin fikrincə, qalıqlar erkən "Pleystosen" dövründə Qərbi Avropada, ən azı, iki insan növünün mövcud olduğunu göstərir.

860.000 il əvvələ aid ən qədim fosillər 1994-cü ilin yayında Atapuerkadakı La Gran Dolina sahəsində aşkar edilmişdi.

Qeyd edək ki, Avrasiyada ilk dəfə hominidlərin (böyük meymunların) ən azı 1,8 milyon il əvvəl yaşadığı güman edilir.

# 2431 dəfə oxunub

Oxşar xəbərlər

Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

14:30 29 oktyabr 2026
"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

14:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər