"Qağayı" tamaşası qastroldan uğurla qayıtdı

"Qağayı" tamaşası qastroldan uğurla qayıtdı
30 may 2023
# 12:30

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 29-u saat 18:00-da Gəncə Dövlət Dram Teatrında “Qağayı” tamaşası ilə çıxış edib.

Bu barədə Kulis.az-a teatrın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir.

1896-cı ildə yazılmış 4 pərdəli tamaşanın personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Hər birinin özünə görə müsbət və mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir. Tamaşada ümumiyyətlə, tənhalıq, təzadlar və tərəddüdlər içərisində qalmış insan problemi önə çəkilir.

Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Şövqi Hüseynov, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Bəhram Həsənov, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Hilal Dəmirov, Ümman Budaqov iştirak edirlər.

# 3041 dəfə oxunub

Oxşar xəbərlər

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər