Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov uzun sürən onkoloji xəstəlikdən vəfat edib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun qızı Heyran Qorçu xəbər verib.
Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.
Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.