“Apple Music”də son 10 ilin ən çox dinlənən mahnıları

“Apple Music”də son 10 ilin ən çox dinlənən mahnıları
9 iyul 2025
# 11:20

“Apple Music” rəqəmsal musiqi platformasının 10 illiyini qeyd etmək məqsədilə son 10 ilin ən çox dinlənən 500 mahnısından ibarət siyahı təqdim edib.

Kulis.az xəbər verir ki, ilk üçlükdə Ed Şeran, The Weeknd və Dreyk yer alır.

Zirvədə isə Şeranın 2017-ci ildə çıxan hiti - “Shape of You” dayanır. Şeran ümumilikdə siyahıda 11 mahnı ilə yer alıb.

İkinci yerdə, The Weekndin “Blinding Lights” mahnısı dayanır, onu “Apple Music” tarixində bütün hip-hop mahnıları arasında ən çox dinlənən “God’s Plan” ilə Drake izləyir.


Ümumilikdə ilk onluq belədir:

1. Ed Şeran – “Shape of You”
2. The Weeknd – “Blinding Lights”
3. Dreyk – “God’s Plan”
4. Post Malon – “Sunflower”
5. Post Malon – “Rockstar (feat. 21 Savage)”
6. Drake – “One Dance (feat. Wizkid & Kyla)”
7. Travis Skott – “SICKO MODE”
8. Ed Şeran – “Perfect”
9. Kris Broun – “No Guidance (feat. Drake)”
10. Billi Ayliş – “Bad Guy”

Maraqlıdır ki, Taylor Svift siyahıya ilk dəfə yalnız 57-ci yerdəki “Cruel Summer” ilə daxil olub. Buna baxmayaraq, Svift ümumilikdə siyahıda 14 mahnı ilə ikinci ən çox təmsil olunan sənətçidir. Zirvədə isə 27 mahnı ilə Dreyk dayanır.

Gözlənildiyi kimi, “K-pop” janrında siyahıya ən çox daxil olan qrup BTS olub. “J-pop” kateqoriyasında isə ən çox mahnı ilə yer alan sənətçi Yaponiya dueti “Yoasobi”dir.

Qeyd edək ki, siyahıda yer alan ən köhnə mahnı isə Queen qrupunun əfsanəvi “Bohemian Rhapsody” əsəridir və 156-cı pillədə qərarlaşıb.

# 1526 dəfə oxunub

Oxşar xəbərlər

Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

Dünyaşöhrətli DJ Parisdəki evində ölü tapıldı

17:30 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:45 29 iyul 2026
"Babam öləndə elə bil evimizdən bir dövr köçdü" - Bəhruz Tağızadə

"Babam öləndə elə bil evimizdən bir dövr köçdü" - Bəhruz Tağızadə

16:30 29 iyul 2026
Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

15:30 29 iyul 2026
Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır

Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır

15:25 29 iyul 2026
Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı

Ariana Qrandeyə kiberhücum - Yayımlanmamış 45 mahnısı satıldı

14:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər