"Orfoqrafiya lüğətindən çıxarılan sözlərin təsnifatı” kitabı nəşr olunub

"Orfoqrafiya lüğətindən çıxarılan sözlərin təsnifatı” kitabı nəşr olunub
9 aprel 2024
# 10:00

Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz quramaları və səs təqlidlərinin, qeyri-işlək ərəb, fars, monqol, hind, çin, rus, ingilis, fransız və s. xarici söz və ifadələrin, əcnəbi mağaza, maşınyuma məntəqəsi, sayt, portal, təmir, istehsal, ticarət şirkətləri, xarici adam adları və soyadları və s.-nin toplandığı irihəcmli (ixtisarla 453 səh.) “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, kitab “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer almış qüsurlu söz və ifadələrin illər və nəşrlər üzrə artım statistikası” adlı giriş bölümü ilə açılır və “Söz quramaları”, “Səs təqlidləri”, “Yazılışı, yaxud mənası qüsurlu sözlər”, “Yazılışı müxtəlif qaydada verilmiş sözlər”, “Qeyri-işlək ərəb, fars, rus və digər əcnəbi sözlər”, “Şifahi danışıq elementləri, loru ifadələr”, “Sözlərə dair lüzumsuz hallandırmalar”, “Məhdud sahəvi terminlər” kimi bölümlərlə davam etdirilir.

Qeyd edək ki, dil və lüğətçilik sahəsinin tədqiqi üçün nəzərdə tutulmuş vəsaitin tərtibçisi Xalq yazıçısı Afaq Məsud, texniki redaktorları Bəhlul Abbasov, Fərrux Rzayev və Selcan Abbasovadır.

# 2874 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər