Onu edam etmək çıxış yoludurmu?

Onu edam etmək çıxış yoludurmu?
12 noyabr 2021
# 09:00

İmişlidə baş verən məlum zorlama hadisəsi ilə bağlı sosial mediada günahkarın edam olunması, axtalanması ilə bağlı fikirlər səslənir. Cəmiyyətin müəyyən bir qismində əminlik var ki, ölüm cəzasının bərpası bəşər övladını pis işlərdən çəkindirəcək, dünya tam bir aydınlığa qərq olacaq. Vətəndaşların qəzəbi anlaşılandır. Lakin... edam cəzası çıxış yoludurmu?

Edam qədim cəza metodudur, ayrı-ayrı ölkələrdə bədənin dörd yerə parçalanmasından tutmuş tonqalda diri-diri yandırılmasınadək müxtəlif növləri tətbiq edilib. Müasir dünyamızda hələ də edamın tətbiq olunduğu ölkələr var. Məsələn, Amerikanın 28 ştatında ölüm cəzası qüvvədədir. Ölüm hökmünün mənfi tərəflərindən biri budur ki, yanlışlıq üzündən günahsız adamlar da qurbana çevrilir. 2010-cu illərdə Amerikada aparılmış bir araşdırmaya görə, müstəntiqlərin cinayətin təhqiqatı zamanı 120 səhvə yol verməsi nəticəsində 27 günahsız adam ölüm hökmü ilə cəzalandırılıb. Və ya ölkəni sarsıdan başqa bir hadisə: 1993-cü ildə Texas ştatının 26 yaşlı sakini, qarətdə və qətldə ittiham olunan, yalnız şübhələrə əsasən edam olunan Ruben Knatın günahsızlığı sonradan sübuta yetirilmişdi.

Yanlışlığın qurbanlarından biri də 1988-ci il Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən Əhməd Əhmədov idi. Halbuki şahid ifadələri sözügedən hadisədə onun günahsızlığını göstərirdi.

İkinci Dünya Müharibəsindən sonra, edam cəzasının ləğvi yönündə önəmli rol oynayan amillərdən biri BMT-in Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi idi ki, burda yer almış maddələrdən birində deyilir:

“Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır”.

Bir çox ölkələrdə, həmçinin, Azərbaycanda da ölüm cəzası 1998-ci ildə ləğv edilib...

Hər halda təcrübə göstərir ki, əsrlər boyu edamın tətbiqi fərdi qeyri-insani davranışdan çəkindirməyib və bu metod dünyamızı sterilizə eləmək gücündə deyil. Qətiyyən onu demək istəmirəm ki, qanunun cəmiyyətin nizamlanmasında rolu yoxdur. Əksinə, Markesin məşhur fikriylə həmişə razılaşmışam ki, ədəbiyyatın yoxluğu dünyanı dəyişməzdi, amma polis olmasaydı dünyamız başqa cür ola bilərdi.

Sadəcə, həyat elə qurulub ki, qanun keşikçiləri hər an bizim həndəvərimizdə dolaşmır. Reallıq, bizim də hansısa ehtiyat tədbirlərini görməyimizi diktə eləyir. Ən pis odur ki, insan instinktlərinin, onun ən ekstremal və ya müxtəlif situasiyalarda ağılla idarəsinin qanunla tənzimləmək mümkünsüzdür. Yəni bəzi hallarda ən mədəni, kübar hesab etdiyimiz və ya çox güvəndiyimiz birinin içindən belə nə vaxtsa heyvaniliyin çıxacağını gözləməliyik. Ona görə İmişlidə baş verən hadisədə təkcə atalığın yox, ananın da məsuliyyəti var. Bir halda ki, xəbər lentlərində atanın, dayının, əminin öz doğmasını zorlaması faktlarıyla rastlaşırıq, deməli, ən xırda şübhə doğuran qohumların davranışlarına diqqət etməli, beynimizin küncündə onların təbiətində bir potensial təcavüzkarın gizləndiyini unutmamalıyıq. Zəmanət yoxdur ki, məsələn, özünə nəzarəti itirən sərxoş və ya təklikdə qaldığın bir qohumun, tanışın, hətta bəlkə dostun tərəfindən zorakılığa məruz qalmayacaqsan. Yəni bir çox hallarda şübhələnməkdə fayda var. Təbii ki, məsələni paranoya həddinə çatdırmadan...

Məsələn, mən özüm hər ortamda, hər adamla içki içmirəm. İçkini yalnız güvəndiyim, yaxşı tanıdığım adamlarla içirəm. Etibar etmədiyim, intiuitiv olaraq güvəninə şübhə elədiyim (hətta onu uzun illər tanımama rəğmən) adamla yola çıxmıram, təklikdə görüş təkliflərini qəbul etmirəm (ictimai məkanlar istisna olmaqla).

Məqaləni yazarkən isə 47 yaşlı fransız aktyoru Eri Abittanın zorlama ittihamı ilə həbs olunması haqda xəbər oxuyurdum.

# 3796 dəfə oxunub

Oxşar xəbərlər

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

17:51 1 iyul 2025
Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

17:33 1 iyul 2025
Rəsmi Bakıdan Şvıdkoya cavab

Rəsmi Bakıdan Şvıdkoya cavab

17:14 1 iyul 2025
175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

16:42 1 iyul 2025
"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

15:30 1 iyul 2025
“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

15:00 1 iyul 2025
#
#
# # #