Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu, haqqında ölüm xəbərləri yayıldı – Üç dəfə əməliyyat olunan aktyorun paltarlarını kim doğramışdı?

Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu, haqqında ölüm xəbərləri yayıldı – Üç dəfə əməliyyat olunan aktyorun paltarlarını kim doğramışdı?
8 dekabr 2022
# 12:45

Kulis.az aktyor, Əməkdar artist Coşqun Rəhimov haqqında maraqlı faktları təqdim edir.

Coşqun Allahverdi oğlu Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Yeniyetməlik illərindən incəsənətə marağı olduğundan 1989-cu ildə İncəsənət Universitetinə daxil olub. Burada Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusupova, Elmira Şabanova, Gülşad Baxşıyeva, Fuad Poladov dərs deyib.

***

Coşqun elə universitet illərində həmkarı Rafael İsgəndərovla eyni qrupda təhsil alıb. Onlar hələ tələbəlik illərindən rejissor Hüseynağa Atakişiyevin yaratdığı Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyətə başlayırlar. Burada bir-birindən maraqlı teatr tamaşalarında çıxışlar edirlər.

Coşqun Rəhimov çox tez 21 yaşında qohumlarından olan bir xanımla ailə həyatı qurub. Ancaq ailə quracağı xanımın qohumu olduğunu bilməyib. Elçilik zamanı Coşqunun atası ilə gələcək həyat yoldaşının babası bir-birləri ilə rastlaşanda, məsələ məlum olub. Bu evlilikdən onların Günel adlı bir qızı, Allahverdi adlı bir oğlu dünyaya gəlib.

***

Ailə qurandan sonra maddi sıxıntılar yaşayan Coşqun dolanışıq üçün müxtəlif sahələrdə çalışır. Dostu və qrup yoldaşı Səbuhi Rəhimlinin sözlərinə görə, o, hətta bir müddət şəhərdəki restoranların birində ofisiant kimi də çalışıb.

1999-cu ildə o, həmkarı Rafael İsgəndərovla “Bu şəhərdə” adlı layihəni yaratmaq qərarına gəlirlər. Ancaq layihə üçün çıxış edə biləcəkləri məkan və efir tapılmır. Rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə “Bu şəhərdə” layihəsi yaranır. Coşqunun sözlərinə görə, layihənin adını da Mehriban xanım qoyur.

***

Yolu vaxtilə Akademik Milli Dram Teatrında aktyorun sözlərinə görə bu teatrda ona qarşı ciddi maneələr başlanıb:

“Heydər Əliyev adına saray təmir olunanda, biz “Azdrama”da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? “Brüsseldən məktublar” tamaşasında Mirzə Fətəli Axundovun oğlu rolu üçün Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız. Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki-üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim. Gənclər Teatrında işləyəndə Şeksprin “Yay gecəsində yuxu” tamaşasında yarım saatdan sonra səhnəyə çıxacaqdım. Şleyfimin arxasını qayçı ilə doğramışdılar”.

Əməkdar artist adına layiq görülən aktyor “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Gəlinlər”, “Bomba”, “Məhəllə”, “Məşədi İbad-94”, “Tam məxfi” filmlərinə çəkilib.

***

Coşqun Rəhimov “Bu şəhərdə” layihəsində işlədiyi dövrlərdə Elgiz Əkbəri, Əkbər Əlizadəni, Könül Kərimovanı, Rəhim Rəhimlini, Aygün Kazımovanı, Samiraldonu, Aybəniz Haşımovanı, Xumar Qədimovanı, Tünzalə Ağayevanı, Cavanşir Məmmədovu, və digər məşhurları parodiya edib. Parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurun isə Könül Kərimova olduğunu vurğulayıb:

“Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna və yerinə düşdüyünə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi.


Güc-bəla konsertə də gəldi, oturdu. Makiyajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodiya edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəmirdim. O qədər negativ enerji verdi ki, obraz alınmadı”.


***

Coşqun Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkən məşhurlardandır. Belə ki, 2010-cu ildə sənətçinin halı anidən pisləşir. Təcili müayinələrdən sonra o, əməliyyat olunur. 3 saatlıq planlaşdırılan əməliyyat düz 13 saat çəkib. Coşqunun boğazından və sinəsindən 120 şiş təmizlənir. 2013-cü ilin dekabr ayında və 2016-cı sentyabrında aktyor yenidən əməliyyat masasına uzanır.

***

Bu qədər əməliyyatlardan sonra Coşqun özünü yaxşı hiss etsə də, haqqında ölüm şayiələri yayılmağa başlayır. Məsələrə münasibət bildirən Coşqun Rəhimov deyir:

"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir".

***


Hazıda iki nəvə babası olan aktyor bir neçə il əvvəl Məkkə ziyarətində olub, Hacı adını qazanıb.


# 18257 dəfə oxunub

Oxşar xəbərlər

Qızını aktrisa olmağa qoymadı, içkiyə görə qardaşından küsülü qaldı, hamını öz yasına dəvət etdi – Vaqif Səmədoğludan maraqlı faktlar

Qızını aktrisa olmağa qoymadı, içkiyə görə qardaşından küsülü qaldı, hamını öz yasına dəvət etdi – Vaqif Səmədoğludan maraqlı faktlar

21:00 28 yanvar 2023
Əməkdar artist: "Oğlanlar istəyir ki, qadınlar onları saxlasın"

Əməkdar artist: "Oğlanlar istəyir ki, qadınlar onları saxlasın"

19:54 28 yanvar 2023
Ən çox şişirdilən 10 film

Ən çox şişirdilən 10 film

16:00 28 yanvar 2023
Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi

Zeynəb Dostəliyeva xəstəxanaya yerləşdirildi

14:55 28 yanvar 2023
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

13:24 28 yanvar 2023
“Bremen musiqiçiləri” yenidən nümayiş olunacaq

“Bremen musiqiçiləri” yenidən nümayiş olunacaq

12:19 28 yanvar 2023
# # #