Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot

Nəşriyyatlar Mədəniyyət Nazirliyinə etiraz etdi - Sərgini boykot
5 oktyabr 2024
# 11:07

Nəşriyyatlar Mədəniyyət Nazirliyinin və Azərbaycan Nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına qarşı etiraz bəyanatı yayıblar.

Kulis.az xəbər verir ki, bəyanatda deyilir:

"Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.

Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir.

Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.

Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik.

Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.

Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.

Telman Cafarov - Mütərcim nəşriyyatı
Amin Orucov - Simurq Nəşriyyatı
Arzu Bəylərli - Audiokitab
Bəhram Oruclu - Çinar nəşriyyatı
Elçin Sadiqov - Fidan Nəşriyyat və Dağıtım
Əli Eynəliyev - Dastan Yayımları
Əsəd Süleymanov - MİMTA Yayımları
Fatimə Alxaz - Ağıllı Bala Nəşriyyatı
Günel Tağıyeva - Kibu yayımları
Hafiz Eyyubov - Qələm Nəşriyyatı
Həsən Kərimov - Kitabçı Nəşriyyat evi
İlkin Abdulla - Strauss Press
İlkin Abdullayev - Çardaq və Kosmo nəşriyyatı
Misir Aslanov - Zəka Print
Mübariz Həsənov - Alfacin Nəşriyyatı
Muxtar Abbasov - RM Nəşriyyatı
Nemət Əliyev - Everest Nəşriyyat evi
Nicat İbrahimov - TEAS Press Nəşriyyat Evi
Nigar Köçərli - Əli-Nino nəşriyyatı
Nurman Şahmərdanov - Parlaq İmzalar nəşriyyatı
Orxan Bəyov - İZƏ Nəşriyyatı
Rafiq İsmayılov - Altun Kitab nəşriyyatı
Rasim Qaraca - Alatoran nəşriyyatı
Ramiz Məmmədov, - İpəkyolu Nəşriyyatı
Sadıq Babazadə - Mayak Nəşriyyatı
Səbinə Əli - Səbat Nəşriyyatı
Səbuhi Zeynalov - XAN Nəşriyyatı
Şahbaz Xuduoğlu - Qanun nəşriyyatı
Şəmil Sadiq - Hədəf Nəşrləri
Şöhlət Səlimov - Qədim Qala Nəşriyyatı
Tural Axundov - Təhsil nəşriyyatı
Ülvi Ağa - İdiot Yayınları
Ülvi Cabbarov - Gündüz Yayınları
Veysəl Məmmədov - Libra Kitab
Yusif İlhamoğlu - Çapar Yayınları

# 3350 dəfə oxunub

Oxşar xəbərlər

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

Qara keşişdən Kürmükə: "Sonuncu alban" necə öldü? - ŞƏRH

13:15 5 oktyabr 2026
Mollanəsrəddinçi “Şeypur”  jurnalı

Mollanəsrəddinçi “Şeypur” jurnalı

13:00 5 oktyabr 2026
İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

12:40 5 oktyabr 2026
"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

"Heç kim məni özümdən yaxşı tanıya bilməz..." - Deni Didro

12:15 5 oktyabr 2026
2027 Paris Moda Həftəsi yekunlaşdı

2027 Paris Moda Həftəsi yekunlaşdı

11:30 5 oktyabr 2026
Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

Məşhur aktyor violonçel çalmağı öyrəndi - Rola görə

10:50 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər