Natəvan Dəmirçioğlu: "Mən bu mükafatı bütün qadınların adından alıram"

Natəvan Dəmirçioğlu:  "Mən bu mükafatı bütün qadınların adından alıram"
8 mart 2024
# 10:45

"Mən illərlə bu vətənə təmənnasız, sədaqətlə və bütün enerjimlə xidmət etmişəm"

Bu sözləri "Tərəqqi" medalına layiq görülməyi ilə bağlı hisslərini Kulis-ə danışan yazıçı, jurnalist Natəvan Dəmirçioğlu deyib:

"Bu xəbəri mənə vaxtilə tələbəmiz olan Gülər xanım verdi. Sonra bir tələbə də zəng eləyib dedi ki, adınız siyahıda birincidir. Dedim, yox, sadəcə, siyahı əlifba sırası ilə tərtib olunduğuna görə adım birinci gəlib.

Çox qəribə duyğudur. Mən ən çox başqalarının da bu xəbərə sevindiyinə sevindim. Hətta bizim beynəlxalq radionun türk dili redaksiyasının əməkdaşları dedi ki, Natəvan xanım, ancaq özümüz alsaydıq bu qədər sevinə bilərdik. Bu, artıq sevincimin ikinci mərhələsidir.

Mən illərlə bu vətənə təmənnasız, sədaqətlə və bütün enerjimlə xidmət eləmişəm. Dövlət təltifi olsa da olar, olmasa da. Mən həmişə bu vətənin müsəlləh əsgəri olmuşam. Bunun belə gözəl qarşılığı olursa, nə gözəl.

Bütün bu sevinclər üçün mən cənab Prezidentə təşəkkür eləyirəm. Böyük AzTV ailəsinə onu demək istəyirəm ki, mən bu mükafatı bütün qadınların adından alıram.

Qadınlar üçün əziz olan bu gündə mən də Mehriban xanım Əliyevanı və ailəsindəki xanımları təbrik eləyirəm".

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər