Müğənni Kərim Abbasov: "Teymur Əmrah kimi acından ölmək istəmirəm"

Müğənni Kərim Abbasov:  "Teymur Əmrah kimi acından ölmək istəmirəm"
15 aprel 2025
# 11:38

"Ac qarnına sənətkar olmur. "Sənətkar" kəlməsinin ağırlığı çoxdur. Qarşına seçimlər qoyursan: bunu edə, oxuya bilmərəm. Mən elə ifaçı olmaq istəmirəm. Arzulamıram ki, Teymur Əmrah kimi savadlı olum, amma evdə oturub acından ölüm. İstəmirəm acından ölmək".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Afaqla 10lar" verilişində deyib. Sənətçi Əməkdar artist Teymur Əmrahla bağlı dediyi "Teymur Əmrah kimi acından ölmək istəmirəm" sözlərinə aydınlıq gətirib:

"Kiminsə evində qalmaq... Hər şey maddiyatdır. Qazanmıramsa, sənətkarlıqdan söz gedə bilməz. Deməli, düzgün seçim etmirəm. Bütün oxuyanlar sənətkardır. Hamı pulunu qazanır, hamısının sevəni var. Oturum Qara Qarayevdən, Oqtay Kazımovdan oxuyum, amma pul qazanmayım. Bu, heç kimə lazım deyil. Qazanmaq, yaşamaq, ailəmi dolandırmaq istəyirəm. Buna görə də, yorğana bürün və ellə sürün.

Teymur Əmrahın adını çəkəndə, sənətkarın yaşama tərzini qəbul edə bilmirəm. O, ali yaşamalıdır. Adamın səsi cibindən çıxır. Cibində pul yoxdursa, nə qədər oxusan da heç kimə lazım deyilsən".

# 1978 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

15:54 4 may 2026
Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

15:30 4 may 2026
Günəş Mehdizadənin əri vəfat etdi

Günəş Mehdizadənin əri vəfat etdi

15:10 4 may 2026
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

15:02 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər