Müasirlik yoxsa kökünə arxa çevirmək? - Kamil Əlisoy

Müasirlik yoxsa kökünə arxa çevirmək? - Kamil Əlisoy
28 iyul 2025
# 13:00

Kulis.az Kamil Əlisoyun yeni yazısını təqdim edir.

Sosial şəbəkələrdə, xüsusən də instaqramda yeni "tendensiyalar" yaranıb: "Filan yaşdayam ,artıq bunları deməkdən utanmıram"; "Filan yaşım var, artıq bunları etiraf etməkdən çəkinmirəm".

Yeri gəlmişkən, mənim 25 yaşım var, vallah, bunu yazmağa da utanıram, nəinki qınamağa.

Daş dövründə çılpaq gəzən insan paltarı kəşf etdi, müasirləşdi.

Toplum halında yaşanırdı, bölündülər, ailədaxili gizliliyi qorudular.

Ümumi mənfəət var idi, indi isə ya şəxsi, ya da ailə mənfəəti var, elə bil tərsinə dönür.

Sərt desək, biz niyə dal-dala gedirik axı ? Axı elə bil insan oğlunun məqsədi qabağa getməkdir?..

Xüsusən də, bu "zəhər" canımıza xarici mediadan yayılır. Harda ki yüngülvari trend yaranır, dərhal o, bizə siraət edir. Daha baxılmır ki, bu yaraşırmı, yaraşmırmı?

Bəzi atalar sözləri də özünü doğrultmur: "Elin gözü tərəzidir". Elə deyil daha, bunu "trend"ə çevirən də xalqın özüdür axı... Üzdə hamını qınayan, daldada bəyənən, cəsarətləndirən...

Artıq bir çox şeyi elin gözü ilə ölçmək ancaq faciəyə səbəb olur.

Yapon mütəxəssisləri bir ara Türkiyəyə təhsilin niyə inkişaf etmədiyi ilə bağlı məsləhətləşməyə çağırılmışdılar. Müzakirələr nəticəsində səbəbi ortaya çıxardılar: "Siz öz kökünüzdən uzaqlaşırsınız. Təhsilinizdə köklərinizə sayğını öyrətmirsiniz..."

Ərinmədim, internetdə araşdırdım. Deməli, orada 1-ci sinfə başlayan uşaqlara Hiroşima və Naqasaki şəhərlərinə atılan atom bombalarının, xaraba qalmış ölkələrinin videolarına baxdırırlar. Hansı günlərdən keçdiklərini, haradan gəldiklərini göstərirlər. Bunu görən uşaq isə şüuraltında bütün bunları toplayır. Daha sonra da böyüyəndə istər-istəməz həqiqi vətəndaşa çevrilir.

Əgər bizim yurdun övladı bilsə ki, 1988-dən bu yana nələr baş verib, bu, onun üçün dərs olar. Əgər o uşaq bilsə ki, repressiya illərində nə qədər ziyalımız qətlə yetirilib, onlar necə şəxsiyyət olublar, nələr ediblər, düşüncədə çox şey dəyişər...

Təhlükə sadəcə bununla da bitmir. Əxlaqsız materiallar, kökümüzə yad davranış modelləri, ailə münasibətləri, vətən düşüncələri, xalqa bağlılıq və sair də bunlar sırasındadır.

Hələ efirlərimizin acınacaqlı vəziyyətini heç demirəm... Atasız uşaq dünyaya gətirənlər, onları alqışlayanlar və qınayanların efirdəki davaları, hansısa beynəlxalq tədbirlərdə bir-birini “sevgili cütlüyü” ekranda görüb öpüşənlər, dəbdən geri düşməyim deyə əyninə paltar geyindiyini hesab edənlər, səhnədə yaxşı görünsün deyə, yaxud da, həqiqətən, elə göründüklərini düşünürlər deyə necə gəldi “əylənənlər”...

Bu, bizə yaraşmır. Bu cür "əyləncə"lərlə Qərbə gözünü zilləmək azarı yavaş-yavaş axırımıza çıxır...

Yaxın vaxtlarda Özbəkistanda çıxan və sürətlə məşhurlaşan “Məlahət” mahnısının müəllifi konsert verirdi. Xanımlar da, bəylər də o qədər səliqəli, düzgün geyinmişdilər ki...

Həmçinin, yerində olan hərəkətlər və sadəlik də bunu daha xoşagələn edirdi.

Əlbəttə, geyim əxlaq ölçüsü, biz də "əxlaq polisi" deyilik. Söhbət yaraşmaqdan, lazım olanın edilməsindən gedir.

Atam danışırdı, 80-ci illərdə bir ara universitet oxuyan tələbə xanımlar kəlağayını dəbə salıbmışlar. İndi dəb qalsın qırağa, adam kəlağayı taxan birini görmək üçün gərək teleskopdan istifadə edə.

Cəlil Məmmədquluzadə demiş, Azərbaycan qadını çarşabı başından atanda mən də sevincdən papağımı göyə tulladım, amma indi papağımı tapa bilmirəm.

Özümüzü, milli kimliyimizi unutmaq ağrılıdır. Təəssüf ki, burada yeni nəslin də, onları yetişdirənlərin də günahı, məsuliyyəti çoxdur.

Keçmiş bir insana nəyisə qaytarmaya bilər, amma gələcəkdə çox şeyi qazandıra bilər. Çünki bizim hələ gələcəkdə nə edəcəyimizə baxmaqdansa, əvvəlcə keçmişdə nə etdiyimizlə maraqlanırlar.

Keçmişi unutmaq, ona qınaqla yanaşmaq yox, baxıb ondan dərs çıxarmaq lazımdır.

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər