Məşhur romanın üçüncü hissəsi çapdan çıxdı

Məşhur romanın üçüncü hissəsi çapdan çıxdı
27 fevral 2024
# 13:00

Bircənin məşhur “Cəhənnəmdən keçmiş mələk” adlı avtobioqrafik romanının üçüncü bölümü (“Cəhənnəmdən cəhənnəmə”) kitab şəklində nəşr olunub.

Kulis.az xəbər verir ki, əsərin birinci bölümü (“Yaranış”) 2017-ci, ikinci bölümü (“Cəhənnəm”) 2018-ci ildə ayrıca kitab kimi işıq üzü görmüşdü.

Yaxın aylarda əsərin dördüncü bölümünü də kitab formatına salmaq nəzərdə tutulub.

Əvvəlki cildlər kimi üçüncü bölüm də “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitab Bircə yaradıcılığının diqqətli izləyicisi və tədqiqatçısı, Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Səbuhi Abdullayevin “Cəhənnəmi yaradan mələklər” adlı ön sözü ilə açılır. Son söz yerinə müəllifin 2021-ci ilin fevral ayında Kulis.az saytında dərc olunmuş “Mənim yazdıqlarımda hər qadının bir tikəsi var” başlıqlı müsahibəsi verilib.

Kitabda “Cəhənnəmdən keçmiş mələk” romanının üçüncü bölümündən savayı müəllifin əsərə əlavələr silsiləsindən (bu silsilədən olan yazılar əsərdəki real personajların romandakı zaman hüdudundan sonrakı taleyindən bəhs edir) qələmə aldığı “Atamın vəsiyyəti” və “…öl içində” adlı bioqrafik hekayələr də salınıb.

Üçüncü kitab 760 səhifə həcmindədir, satış qiyməti 10 manatdır. Kitabı əldə eləmək istəyənlər “Libraff” mağazalar şəbəkəsinə müraciət edə, yaxud 055 781 50 79 nömrəli telefona zəng vurmaqla sifariş verə bilərlər.

“Cəhənnəmdən keçmiş mələk” romanından parçalar 2016-2019-cu illər arası Kulis.az, onunla paralel qaydada Novator.az portalında ardıcıl dərc olunub. Əsər virtual aləmdə çox böyük oxucu kütləsi toplayıb. Müəllifin romana əlavələr silsiləsindən qələmə aldığı yazıların dərci də sonrakı illərdə adı çəkilən saytlarda davam etdirilib.

Bunu da vurğulayaq ki, Bircənin indiyədək dörd bölümü dərc olunmuş romanı bitməyib, qarşıda oxucuları əsərin hələ işıq üzü görməmiş beşinci bölümü gözləyir.

“Cəhənnəmdən keçmiş mələk” romanının redaktoru yazıçı Fəxri Uğurludur.

# 3464 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər