Məşhur reper Hitlerə sevgisindən bəhs edən film təqdim etdi

Məşhur reper Hitlerə sevgisindən bəhs edən  film təqdim etdi
12 may 2025
# 18:56

Dünyanın hər yeri İkinci Dünya Müharibəsinin dəhşətli nəticələrini xatırladığı bir vaxtda, amerikalı reper Kanye Uest Hitlerə sevgisindən bəhs edən klip təqdim edib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, klipdə o, növbəti dəfə keçmiş həyat yoldaşı Kim Kardaşyana hücum edir və Biankа Censori ilə intim həyatının təfərrüatlarını açıqlayır.

Görünür, dünya artıq Uestin qalmaqallarına alışıb, lakin onun yeni mahnısı bir daha onun psixi sağlamlıq vəziyyətini düşünməyə vadar edir. Təəccüblü deyil ki, Kim Kardaşyan övladlarının qəyyumluğu uğrunda mübarizə aparmağa qərar verib. Reperin “HH HEIL” adlı mahnısındakı sözlərə görə, Kim artıq ilk nəticələri əldə edib.

“Lənətə gəlsin, bu insanlar uşaqlarımı əlimdən aldılar, sonra bank hesabımı dondurdular. İçimdə bu qədər qəzəb var, amma onu boşaltmağa yol yoxdur”, – deyə reper oxuyur.

Klipdə heyvan dərilərində, sinələri çılpaq olan qaradərili kişilərdən ibarət bir qrup Hitlerə sevgisini ifadə edir. Uest mahnının təqdimat tarixini də təsadüfən seçməyib – 8 may – Avropada Qələbə günü. ABŞ-da da bu tarix artıq dünya ilə birlikdə qeyd olunmağa başlayıb.

“Bütün bu pul və şöhrətə baxmayaraq, hələ də uşaqlarımı görə bilmirəm. Hamı mənim Twitter-imə baxır, amma necə hiss etdiyimi görmür. Buna görə də nasist oldum, bəli, qarğışlı qadın, mən – bir yaramazam”, – deyə o bildirib.

Kanye həmçinin yenidən yanına qayıtmış yeni həyat yoldaşı Bianка Censori ilə münasibətlərindən danışıb. Reper bildirib ki, guya kiminsə onun qadını ilə intim münasibətdə olmasını izləməyi sevir. Həmçinin o, “onun əlini şalvarına aparmasını” və “dünyanı əlində tutmasını” təsvir edib.

O, həmçinin sosial şəbəkələrdəki qalmaqallı paylaşımları mövzusuna toxunub, hansı ki, bu səbəbdən bir neçə platformada, xüsusilə də X-də müvəqqəti olaraq bloklanmışdı.

“Onlar "Twitter"də dediklərimi anlamırlar”, – o, izah edib.

Mahnı 1935-ci ildəki Hitler çıxışının fraqmentindən istifadə ilə başa çatır.

Kim və Kanye arasında övladların qəyyumluğu uğrunda mübarizə barədə nə məlumdur?

Uest dəfələrlə keçmiş həyat yoldaşı ilə birgə 11 yaşlı qızları Nort və digər üç azyaşlı – qızları Çikaqo və oğulları Seynt ilə Psalmun tərbiyəsi ilə bağlı açıq mübahisə edib. İndi isə iddia edir ki, ona uşaqlarını görməyə icazə verilmir.

Boşandıqdan sonra cütlüyün bərabər qəyyumluğu olub. Kim istəyirdi ki, uşaqlar ataları ilə əlaqəni davam etdirsinlər. Lakin reperin qalmaqallı açıqlamaları və davranışı Kardaşyanı uşaqların təhlükəsizliyindən narahat edib və onu hüquqşünaslara müraciət etməyə vadar edib. Xüsusilə son damla reperin qızı Nortu insan alverində, cinsi zorakılıqda və azyaşlıların pozulmasında ittiham olunan P.Diddy ilə birgə mahnı yaratmağa cəlb etməsi olub. Həmçinin, Kanye Kim Kardaşyandan olan uşaqlarının doğulmasına görə peşman olduğunu da bildirib.

# 1346 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər