Məşhur reper güllələndi

Məşhur reper güllələndi
7 aprel 2026
# 16:51

"Migos" qrupunun keçmiş üzvü reper Offset pərəstişkarlarını qorxuya salıb.

Kulis.az xəbər verir ki, 34 yaşlı sənətçi ötən axşam Florida ştatında bir otelin yaxınlığında güllələnib.

Hadisədən sonra xəstəxanaya çatdırılan reperin vəziyyəti ilə bağlı onun nümayəndəsi açıqlama verib. Bildirilib ki, Offset hazırda müalicə alır, vəziyyəti stabildir və həkim nəzarətində saxlanılır.

Seminol Polis Departamenti tərəfindən yayılan məlumatda qeyd olunub ki, polis əməkdaşları saat 19:00-dan sonra otelin valet xidmətinin yerləşdiyi ərazidə baş verən insidentə müdaxilə edib və bir nəfərin yaralandığı müəyyən edilib. Yaralının həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə yerinə dərhal müdaxilə olunduğu, vəziyyətin nəzarətə götürüldüyü açıqlansa da, insidentin detalları hələlik tam açıqlanmayıb. Faktla bağlı istintaq davam edir və iki nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, "Migos" qrupunun üzvü kimi tanınan Offset “Versace” və “Bad and Boujee” kimi hitlərlə məşhurlaşıb. Qrup 2022-ci ildə dağılarkən, üzvlərdən Teykoff silahlı hücum nəticəsində həyatını itirmişdi.

Solo karyerasını davam etdirən reper “Clout” və “Ric Flair Drip” kimi mahnılarla gündəmdə qalır. Onun keçmiş həyat yoldaşı Kardi Bi ilə münasibəti də uzun müddət medianın diqqət mərkəzində olub.

# 1061 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər