Məhəmmədhüseyn Şəhriyar və uşaqlarının nadir fotosu

Məhəmmədhüseyn Şəhriyar və uşaqlarının nadir fotosu
27 noyabr 2023
# 11:00

Kulis.az böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar və uşaqlarının nadir fotosunu təqdim edir.

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib.

Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də rolu çox olub. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazır. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyur və onlardan bəhrələnib.

20-ci illərin ortalarından etibarən o, artıq istedadlı gənc şair kimi tanınmağa başlayıb. “Mahi səfərkərde”, “Tuşeyi-səfər”, “Pərvanə dər atəş”, “Qoğayi-qurub”, “Buyi-pirahən”, “Pərto payənde”, “Yari qədim”, “Xumari şəbab”, “Naleyi nakami”, “Şahidi pəndari”, “Şəkərin pistə xamuş”, “To be man və digəran”, “Naleyi-noumidi”, “Qurubi Nişabur”, “İntizar”, “Əşki Məryəm”, “Şairi əfsanə” kimi əsərlərini yaradıb. Şəhriyarın şah əsərlərindən biri isə 400 beytlik “Təxti Cəmşid” əsəri olub.

Şəhriyar 1951-ci ildə ona böyük məşhurluq gətirən “Heydərbabaya salam” şeirini yazıb. Bu poema sabiq Sovetlər Birliyi xalqlarının 90 faizinin dilinə tərcümə və çap olunub. Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məmmədəmin Rəsulzadə olub.

Məhəmmədhüseyn Şəhriyar 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişib. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilib. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur.

# 3605 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər