Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...

Mədəni qadını da özündən çıxartdılar: Ora söyüş yazmaq lazımdır...
5 noyabr 2024
# 16:35

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Qonşularımız hər gecə zibillərini qapının ağzına qoyurdu, səhər tezdən, hələ çoxları oyanmamış zibil maşını gəlib yalnız həmin hissədə yaşayan sakinlərin zibillərini yığıb aparardı. Yəni “biri var idi, biri yox idi” kimi... Qonşular hər ay ödənişini də edərdi. Daha sonra həmin mübarək maşın ənənəvi günlərdə gəlməməyə, daha sonra isə başqa gün gəlməyə başladı. Sanki qonşularla oyun oynayırdılar, “günü düz tapana bir ay boyunca zibillərin atılması pulsuzdur”. O sevimli sakin görəsən kim olacaq?!

Gülməli deyil, heç zarafat kimi zarafat da deyil, kədərlidir. Çünki adını oyun və ya kampaniya qoyduğum vəziyyət məhəlləmizi, qapılarımızın ağzını zibilliyə çevirib. Bir dəfə məsələni ictimailəşdirdim, çox keçmədi ki, polisin müşayiəti ilə əraziyə zibil maşını cəlb olundu, küçə təmizləndi.

İndi cəmiyyətdən, xalqdan, nə bilim, hansısa qurumlardan yeri gələndə ağızdolusu yekə-yekə danışıb şikayətlərini bar-bar bağıran, mədəniyyətdən dəm vuran, ona-buna ağıl öyrədən kimlərinsə əlinə girəvə düşüb. Onsuz da zibilxana olub da, onsuz da 1 həftəyə gəlib aparacaqlar da, onsuz da təmizləyirlər də, əşi kiminsə qapısı deyil ki, hər qapıdan bir neçə metr aralıdır. Hə də, ona görə də hər yeri zibilləmək lazımdır. Adamın ağlına gəlir ki, həmin insanlar evlərində də belə davranırlar. Yuxudan duran kimi çarpayısından başını sağa, ya sola çıxarıb evin döşəməsinə də tüpürə bilərlər. Əşi nə var e, onsuz da təmizlənəcək də. Tualetdə “nailiyyət əldə etdikdən” sonra sifonu da çəkməzlər, nolar e, qoy tam dolsun, sonra kimsə gəlib suyu buraxar da. Zatən bir çox yerlərdə görürük ki, “ayaqyolunu təmiz saxlayın” kimi elanlar vurulur. Mən şəxsən o elanı görəndə çox utanıram, bunu deməyə ehtiyac yoxdur axı. Kiməsə etməli olduğu nəyisə demək o anlama gəlir ki, “sənin beynin normal işləmir, ay qanmaz”.

Səhər tezdən görürəm ki, artıq məhəlləmizdə yaşayan mədəni bir qadın da deyir ki, bura söyüş yazmaq lazımdır. A kişi, a vətəndaş siz vəziyyətə baxın, ağıllı-başlı adam çıxış yolunu söyüşdə görür. Bilir ki, belə tərbiyə sahibləri ilə öz dillərində danışmaq lazımdır. Neyləsin ondan əvvəl rəsmi müraciət də etmişdi, ağ günə çıxdığını düşünmüşdü, bir də baxdı ki, heç sevincindən çox keçməyib, yenə biədəb kimlərsə küçəni əməlli-başlı zibilliyə çevirib.

Əlbəttə, bunun həll yolunu ya qarğışda, ya da söyüşdə görəcəklər, axı küçəni zibilləyən insanla necə normal ünsiyyətə girmək olar?! Heç birinin tərəfdarı deyiləm, amma necə həll etməliyik? Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır bir çoxları tərəfindən. Dalaşaqmı, pusqu quraqmı, keşik çəkəkmi?!

Bir dəfə verilişdə də demişdim: “Kimi dindirsən, bir-birindən şikayətçidir, heç kim öz üzərində çalışmaq istəmir. “Palaza bürün ellə sürün” ən ümdə şüardır”. Biri səhv edib bir yeri batırırsa, sanki onu düzəltmək əvəzinə, daha da betər etmək üçün sıraya düzülürlər. Sonra “bizim cəmiyyət niyə düzəlmədi?” deyib üzünə, gözünə döyürlər.

Həmişə dediyim kimi, arzuladığımız yox, layiq olduğumuz həyatı yaşayırıq. Yalnız özünü düşünüb ətrafa zərər vuran insan Allahdan, kainatdan, Yaradandan, yaradılandan nə ədalət gözləsin, nə də rifah, nə gözəllik...

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

19:00 20 oktyabr 2026
Milli Kitabxanada Zəngilan Şəhəri Gününə  həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açıldı

18:30 20 oktyabr 2026
Leyla Əliyeva   Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

Leyla Əliyeva Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi

18:27 20 oktyabr 2026
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı

18:24 20 oktyabr 2026
Türkiyədə  uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı

18:00 20 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

17:30 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər