˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı açıldı

˝LIBRAFF˝ kitab mağazasının ˝Sumqayıt˝ filialı açıldı
4 iyul 2022
# 10:40

İyul ayının 2-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Sumqayıt” filialının açılışı olub.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə keçirilən rəsmi açılış mərasimi Sumqayıt oxucularının böyük marağına səbəb olub.

Sumqayıt şəhəri, 3-cü mikrarayon, Sülh küçəsi, 176B ünvanında yerləşən yeni filalın açılış mərasimi bir çox əlamətdar hadisələrlə Sumqayıt sakinlərinin və digər qonaqların yadlarında qalıb. Belə ki, filialın açılışı Azərbaycanın Xalq yazıçısı, məşhur detektiv ustası Çingiz Abdullayevin imza günü ilə əlamətdar olub. Bundan başqa, alıcılar filalın fəaliyyətinin ilk üç günü ərzində mağazanın bütün məhsullarını 20 faiz endirimlə almaq imkanına malik olublar.

Qeyd edək ki, bu, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin sayca 7-ci filialıdır.

# 311 dəfə oxunub

Oxşar xəbərlər

# # #